“Bu halda Putin rejimi ayaqda qala bilməyəcək” – Mümkün SSENARİLƏR

“Bu halda Putin rejimi ayaqda qala bilməyəcək” – Mümkün SSENARİLƏR

Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya birləşmək üçün Donetsk, Luqansk, Xerson və Zaporojyada keçirilən referenduma reaksiya verib və o, bu prosesi Krımın ilhaqına bənzədib.

 

“Rusiyanın saxta referendumları normal qarşılaması, Krım ssenarisi ilə Ukrayna ərazisini ilhaq etmək cəhdi o deməkdir ki, Putinlə danışmağa heç nə qalmayacaq. İlhaq onun bütün bəşəriyyətə qarşı atdığı addımdır”, deyə Zelenski söyləyib.

 

Maraqlıdır, Putin narazı reaksiyalara rəğmən, Ukraynanın bu ərazilərini Rusiyaya birləşdirərsə, nələr baş verəcək?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən siyasi şərhçi Şahin Cəfərli deyib ki, bu ərazilərin ilhaqından sonra Ukrayna ordusu həmin vilayətlərdə irəliləsə və Rusiya ordusu bunun qarşısını ala bilməsə, bütün dünya Putinin növbəti addımı ilə maraqlanacaq:

 

“Putin səssiz qalsa, Rusiyanın olan-qalan beynəlxalq nüfuzu da qar kimi əriyəcək. Vəd etdiyi kimi, taktiki nüvə atsa, ABŞ və NATO müdaxilə edəcək və müharibə sürətlə Rusiyanın tam məğlubiyyəti ilə başa çatacaq. Bu halda Putin rejimi də ayaqda qala bilməyəcək. Yəni hər iki halda uduş variantı yoxdur. Putin özünü pis vəziyyətə salıb”.

 

Ekspert müharibənin başlanğıcı ilə indiki halını da müqayiqə edərək bunları vurğulayıb:

 

“Yeddi ay əvvəl Kiyevdəki səfirliklər öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırırdı. İndi isə Moskvadakı səfirliklər öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırır. Yeddi ay əvvəl ukraynalı qadınlar və uşaqlar müharibənin od-alovundan qaçaraq vətəni tərk edirdi. İndi isə rusiyalılar, xüsusilə kişiləri ölkələrini tərk edir. Bu iki məqam Rusiya-Ukrayna müharibəsinin haradan hara gəldiyini göstərən önəmli markerlərdir”.

 

Qeyd edək ki, sözügedən referandumda Luqansk vilayətində əhalinin 98,42 faizi, Xersonda 87,5 faizi, Zaporojyedə isə əhalinin 93,11 faizi Rusiyaya birləşməyə razılıq verib. Donbassdakı 3 bölgədə qeyri-müəyyən nəticələrə görə, Rusiyaya birləşmə qərarı verilib, Donetsk vilayətində səslərin 56,85 faizinin hesablanması tamamlanıb. Digər 3 regionda olduğu kimi Donetskdə də eyni nəticə gözlənilir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova TBMM sədrinə başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqəda...

Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən S...

"Nüşabə Ələsgərli övladlarına xarici ölkələrdə ev alıb"

"Şou-biznesdə varlılar çoxdur. Deyilənlərə görə, ən varlısı Nüşabə Ələsgərlidir. İndi gəlib mənimlə dalaşacaq".   Sfera.az xəbər verir ki, ...

Rusiya prezidenti: “Ukrayna ilə barışıq qaçılmazdır”

“Ukrayna ilə barışıq qaçılmazdır və bu zaman məsələsidir”.   Sfera.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Ross...

FAKTİKİ HAVA: Bakıda küləyin sürəti güclənib

Milli Hidrometeorologiya Xidmətinin mayın 4-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağışlı hava şəraiti davam edir, b...

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: May ayının bu günlərində...

May ayında Günəş fəallığının artması səbəbindən Yer kürəsində bir neçə maqnit qasırğası qeydə alınacaq.   Proqnozlara əsasən, bu hadisələr mayın müxt...