Azərbaycanlı oğlan dünyanın ən yaraşıqlı modeli seçildi – FOTO

Azərbaycanlı oğlan dünyanın ən yaraşıqlı modeli seçildi – FOTO

 

 

Sentyabr ayının 3-11 tarixləri arasında Gürcüstanın Batumi şəhərində oğlanlar və qızlar arasında keçirilən "Miss & Mister Planet - 2016”-da ölkəmizi model Yusif Cəfərli və Anna Qranovskayatəmsil edib. Yusif Cəfərli adıçəkilən beynəlxalq model müsabiqəsinin birincisi olub.

Oxu.Az-ın əməkdaşı bununla bağlı beynəlxalq model müsabiqəsinin Azərbaycan üzrə direktoru və "Miss & Mister Planet - 2016”-da  jüri kürsüsündə əyləşən tanınmış təşkilatçı Aqil Məmiyevlə əlaqə saxlayıb.

"Biz paytaxtımızdan müsabiqəyə komanda ilə getmişdik. Mənimlə birlikdə müsabiqənin Azərbaycan üzrə baş prodüseri Pərviz Əzimzadə də yola düşmüşdü. 

Qala gecəsi 10 sentyabrda Batumi Teatrında keçirildi. Ölkəmiz böyük nəticə göstərdi. Bütün münsiflər heyətindən yüksək bal qazanaraq "Mister Planet - 2016” adına həmyerlimiz Yusif Cəfərli layiq görüldü. 

Ölkəmiz illər sonra beynəlxalq model müsabiqəsində yenidən birincilik qazandı. Xatırladım ki, 2007-ci ildə "Best Model of The World” müsabiqəsində Rüstəm Cəbrayılov birinci olmuşdu.

Xanım təmsilçimiz Anna Qranovskaya isə "Miss Planet Star - 2016” tituluna sahib oldu. Yarışmanın istedad mərhələsində Rihannanın "Diamond” mahnsını ifa etdi və düşünürəm ki, münsiflərin zövqünü oxşadı”, - deyə A.Məmiyev bildirib.


 

 
 
 
 
 
 
 
 
 
 

 

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...