“Rusiya taxıl müqaviləsini pozmağa hazırlaşır” - Zelenski

Siyasət
15:55 / 28.09.2022
8226
"Rusiya taxıl müqaviləsini pozmağa hazırlaşır".
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Prezident qeyd edib ki, Rusiyanın hərbi gəmiləri Ukrayna ticarət gəmilərini qismən bloklayır və taxıl müqaviləsini pozmaq üçün zəmin yaradır.
Razılaşma iyul ayında həm Ukrayna iqtisadiyyatına, həm də yoxsul ölkələrə kömək etmək və orada ərzaq qıtlığının qarşısını almaq üçün bağlanıb. Avqustun əvvəlindən Ukrayna Qara dənizdəki üç limandan Afrika ölkələrinə, əsasən Əlcəzair, Efiopiya, Misir, Liviya, Keniya, Somali, Sudan və Tunisə 5 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edib.
Vasif,
Sfera.az