Vaşinqton Dehli və Pekini Kremldən uzaqlaşdırmağa çalışır

Vaşinqton Dehli və Pekini Kremldən uzaqlaşdırmağa çalışır

“Hindistanın və Çinin Rusiya ilə tərəfdaşlıq münasibətləri var. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə baxmayaraq, Dehli və Pekin Rusiya ilə tərəfdaşlıqdan imtina etməyiblər. Bu vəziyyət Vaşinqtonu narahat edir. Vaşinqton Dehli və Pekini Rusiya ilə münasibətlərə yenidən baxmağa dəfələrlə təklif edib. Dehli Rusiya ilə yanaşı, ABŞ-la da tərəfdaşlıq münasibətləri qurub. Digər tərəfdən, Hindistan son illərdə Rusiyanın əvəzinə Qərb ölkələrindən hərbi texnika alır. Dehlidən fərqli olaraq Pekin Qərbdən uzaqlaşıb”. 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

O, ABŞ Dövlət katibi Entoni Blinken sentyabrın 23-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb:

 

“Əsas müzakirə mövzularından biri Ukrayna olub. Blinken çinli həmkarını inandırmağa çalışıb ki, Pekin Kremlin işğalçı planlarına dəstək verməsin. 90 dəqiqəlik görüşdə Çinin xarici işlər naziri isə Tayvan məsələsini qaldırıb, Pekinin Vaşinqtonun siyasətindən narazı qaldığını söyləyib. ABŞ Tayvanı Çinə aid olduğunu qəbul etsə də, adanın güc yolu ilə Pekinə tabe etdirilməsinin əleyhinədir. Eynilə Çin Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Rusiyanın işğalçı müharibəsini pisləmir.

 

Entoni Blikenin çinli həmkarı ilə bu ilin iyulun 9-dakı görüşü də nəticə verməmişdi. Həmin görüşdə də əsas müzakirə mövzusu Ukrayna və Tayvan idi. “Mən Çin Xalq Respublikasının Rusiya ilə müttəfiqliyindən narahat olduğumuzu dövlət müşaviri ilə bir daha paylaşdım” Blinken danışıqlardan sonra mətbuat konfransında belə demişdi. Blinken Çinin neytral şəkildə davrandığını düşünmədiyini səsləndirmişdi”.

 

Politoloqun sözlərinə görə, Çin Birləşmiş Millətlər Təşkilatında Rusiyanın mövqeyini dəstəkləyib və Rusiya təbliğatının gücləndirilməsinə rol oynayıb:

 

“Buna misal olaraq Çinin lideru Şi Sinpinin iyunun 13-də prezident Vladimir Putinlə telefon danışığı zamanı Rusiya ilə tərəfdaşlığı gücləndirmək qərarını dəstəklədiyini açıq şəkildə bildirdiyi göstərilib. Vaşinqton Pekin qarşısında hər dəfə Ukrayna mövzusunu qaldırdıqca Pekin də Vaşinqton qarşısında Tayvan mövzusunu qaldırır. ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri təxribat xarakterli idi. Ağ Ev və Dövlət Departamenti bu səfərin Amerikanın dövlət siyasəti olmadığını vurğulasa da, buna inanan az idi”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...