Vüsalə Əlizadənin ən kədərli günü FOTO

Vüsalə Əlizadənin ən kədərli günü FOTO
Bu gün teleaparıcı Vüsalə Əlizadənin həyatında ən kədərli günlərdən biridir. SİA-nın məlumatına görə, aparıcının atası sentyabrın 15-də vəfat edib: " Bu gecəyə nifrət edirəm. Səni məndən, bizdən alan bu gecəni heç vaxt bağışlamayacam. Sən həyatımda ilk sevdiyim, həsəd apardığım, öyrəndiyim, bölüşdüyüm kişi oldun! Qadın cildində mərd bir kişi böyütdün məni, dünyanın o başına getsəydim, gözünü qırpmazdın. "Ürəyim buz kimidir, o mənim erkək qızımdır" deyərdin. Sağlığımı düşünüb, mən gedəndən sonra son mənzilə biletini aldın. Son dəfə yanında ola bilməmək, səni son mənzilə yola sala bilməmək ürəyimə bir başqa dağ çəkdi. Bunun acısını kimsə mən kimi bilə bilməz. Düşüncəmdəki əsl kişi obrazı, səbrli, dözümlü, mərd adam, qayğıkeş həyat yoldaşı, əvəzolunmaz ata, əlləri qızıl sənətkar, müəllimim, dostum, sirdaşım, hər şeyim sən idin ATA... Sənə rəqib tapmadım bu həyatda və indi bu yaşımda, vaxtında səhvlərdən keçə-keçə, həyatı öyrənə-öyrənə anlayıram bunu. Bu dünyanın gedişi dəyişsə, bir dilək şansım olsa, səni qaytarmağını istəyərdim Tanrıdan. Çünki o soyuq qara daş sən kimi oxşamır saçlarımı, sənin kimi öpmür gözlərimi, sənin kimi arxamdam deyib güvən vermir, sənin qoxun gəlmir o qara daşdan. Bircə ümidim var, səni görəcəyəm..Sənə çox ehtiyacım var... ATA!"
 

OXŞAR XƏBƏRLƏR

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...

İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.   Zirvə görüşündə İran prezidenti Məsud...