Rusların növbəti dayanacağı: Bu türk ölkəsi ilə sərhəddə uzun növbə yarandı

Qismən səfərbərlik elanından sonra rusların “dayanacaq” ünvanlarından biri də Orta Asiya ölkəsi olub.
Sfera.az bildirir ki, Qazaxıstan-Rusiya sərhədində yerləşən Aktobe, Qərbi Qazaxıstan və Kostanay vilayətlərindəki sərhəd keçid məntəqələrində avtomobillər uzun növbələr yaradıb.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətindən verilən açıqlamada sərhəddən ölkəyə daxil olan əcnəbilərin sayının artdığı bildirilib. Açıqlamada iki ölkə sərhədində 30 keçid məntəqəsinin normal fəaliyyət göstərdiyi vurğulanıb:
“Onlardan 4-də sərnişin və nəqliyyat axınının artması səbəbindən sıxlıq yaşanır. Vəziyyət nəzarət altındadır”.
Həmçinin bildirilib ki, sərhəd-keçid məntəqələrində təhlükəsizlik və asayiş təmin edilir, Rusiya mühafizə dəstəsi ilə qarşılıqlı əlaqə yaradılır.
Türkan,
Sfera.az