Azərbaycanda gənclərin sayı azaldı - STATİSTİKA

Azərbaycanda gənclərin sayı azaldı - STATİSTİKA

Azərbaycanda 2009-cu ildən sonra gənclərin sayında azalma müşahidə edilir. Gənclərin sayının azalması nəticəsində onların ümumi əhali sayındakı payı da tədricən azalır. 


Sfera.az xəbər verir ki, gənclər 14-29 yaş aralığında olan insanlar hesab edilir. 


2009-cu ildə bu yaş qrupuna daxil olan vətəndaşların sayı 2,825 milyon nəfər idi və ölkə əhalisinin 31,4 faizini təşkil edirdi. Başqa sözlə, Azərbaycanda hər 3 nəfərdən biri gənc idi. 


Lakin 2022-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanda əhalisinin 2,245 milyon nəfərini və ya 22,1 faizini gənclər təşkil edir. 


Gənclərin sayı mütləq ifadədə 580 min nəfər, yəni 20,5 faiz azalıb. Əhalinin tərkibində gənclərin xüsusi çəkisi isə təxminən 11 faiz bəndi kiçilib. 


Müqayisə edilən dövrdə gənc yaş qrupları arasında sayın ən çox azalması 15-19 və 20-24 yaş qruplarında qeydə alınıb. 2009-cu ilə nisbətən 2022-ci ilin əvvəlində 15-19 yaşda olan gənclərin sayı 284 min nəfər və ya 31,4 faiz, 20-24 yaş qrupunda olan gənclərin sayı 278 min nəfər, yaxud 29,6 faiz azalıb. 


Yaşı 14 olan gənclərin sayı 37 min nəfər azalıb, yaşı 25-29 olan gənclərin sayı isə 18 min nəfər artıb. 


Onu da bildirək ki, gənclərin 50,5 faizi şəhər yerlərində, 49,5 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 47,5 faizini qadınlar təşkil edir.


 
Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sükut pozulacaq - Bir neçə gün ərzində...

Mayın 12-də axşam saatlarında səma hadisələri yeni bir dövrün başlanğıcını elan edib. Əqrəb bürcünün 22-ci dərəcəsində baş verən Tam Ay, Uranın birbaşa təsiri i...

Sakin küçədə, ticarətçi zirzəmidə: Parkinq problemi niyə həll olmur?

Məlum olduğu kimi, ötən il avqustun 7-dən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan qaydalar dəyişib. Yeni qaydalara görə, Bakı şəhəri...

İlham Əliyev: “PKK-nın özünü ləğv etməsi bizi də sevindirir”

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri qəbul edib.   Sfera.az xəbər verir...

Bu universitetin dekanı vəfat etdi - FOTO

Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zakir Ələsgərov vəfat edib.   Sfera.az qaf...

Vətəndaşların bank kartlarından ötən gün nə qədər pul oğurlanıb?

Vətəndaşların kartlarından oğurluq davam edir. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Bildirilib ki, bank kartı...

Azərbaycanda bu qadınlara hökm oxundu

Ölkəyə dəyəri 100 min manatdan artıq olan qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etməkdə təqsirləndirilən "Duty free"nin satıcıl...