ABŞ-dan Kremlə xəbərdarlıq: “Nüvə silahından istifadə...”  

ABŞ-dan Kremlə xəbərdarlıq: “Nüvə silahından istifadə...”  

ABŞ-dan Rusiyaya gizli mesaj göndərilib.

Sfera.az bildirir ki, “Wall Street Journal” qəzetinin iddiasına görə, bu, Rusiya lideri Putinin “qismən səfərbərlik” elanının ardından növbəti addım kimi nüvə silahından istifadə edə biləcəyi ilə bağlı açıqlamasından sonra reallaşıb.

 

WSJ-nin məlumatına görə, mesajda Vaşinqton Moskvaya xəbərdarlıq edib və  nüvə silahının istifadə ediləcəyi halda Rusiyanı “ciddi nəticələrin” gözləyəcəyini bildirib. Qəzet həmçinin Kremlin artıq Vaşinqtonun mesajından narahat olduğunu yazıb.

 

Digər tərəfdən münaqişəni yaxından izləyən Müharibə Araşdırmaları İnstitutu (ISW) Moskvanın 300 min nəfərdən söz açdığını, lakin mətbuata sızan əsgər sayının 1 milyon olduğunu vurğulayıb və bunun Rusiyada çaxnaşmaya səbəb olduğunu qeyd edib. ISW-nin məlumatına görə, hakimiyyət tərəfindən kobud rəftara məruz qalan, cəbhəyə göndəriləcək ehtiyatda olan hərbçilərin əhval-ruhiyyəsi son dərəcə aşağıdır.

 

Qeyd edək ki, fevralın 24-də Ukraynaya hücum edən Rusiya ordusu son 7 ayda ən azı 70 min əsgər itirib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bu universitetlərdə təhsil haqqı ARTACAQ

Azərbaycanda bir sıra özəl universitetlərdə təhsil haqlarının artırılması planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə modern.az-a unive...

Azərbaycanda kişi gəlinini güllələyərək öldürdü

Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Poladlı kənd sakini 1957 – ci il təvəllü...

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...