ARB TV-nin aparıcısına nazirlikdə vəzifə verildi - FOTO

ARB TV-nin aparıcısına nazirlikdə vəzifə verildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə cəmiyyəti olan DOST İş Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və mətbuat katibi vəzifəsinə təyinat olub.

 

Sfera.az bildirir ki, bu vəzifəyə ARB TV-nin aparıcısı Rüfət Seyidov gətirilib.

 

Bu barədə aparıcının özü sosial şəbəkə hesabında məlumat verib.

 

“Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərkibində DOST İş Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri və Mətbuat Katibi vəzifəsində fəaliyyətə başlamışam. Mənə bu yolu açanlara minnətdaram. Müxbir kimi çalışan vaxtlar qurumların mediaya açıq olmamasından gileylənirdim. İndi də bu fikirdəyəm. Biz nə qədər səmimi, dürüst olsaq, güvənimiz də bir o qədər artacaq. Bu məqsədlə qarşıdakı aylarda çoxlu işlər görüləcək. Əgər sualınız, müsahibə, sizin üçün qaranlıq qalan məqam varsa, müraciət edin. Məmnuniyyətlə cavablandıracam. Ayrıseçkilik olmadan, bərabər və ədalətli”.

 

R. Seyidov çalışdığı telekanaldan ayrıldığını bildirib.

 

Türkan,

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR