Bəşər tarixinin ən qəddar qadın qatili: Qurbanlarını öldürməzdən əvvəl...

Madam Delphine LaLaurie tarixin ən məşhur qatillərindən biridir.
Sfera.az bu dəfə tarixin ən qanlı qadın qatili hesab olunan Madam Delphine LaLaurie haqqında yazını təqdim edir.
Madam Delphine LaLaurienin tarixdə məşhurlaşma səbəbi törətdiyi qətllər deyil, cinayətləri necə törətməsidir.
Qurbanlarını öldürməzdən əvvəl vəhşicəsinə işgəncə verməyi sevən bu qadın qurbanlarını qamçılayır və sümüklərini sındırırdı. Onun qurbanlarının hamısı öz qullarından ibarət idi. Madam LaLaurie Delphinenin tükürpədici hekayəsi var.
Marie Delphine LaLaure 1787-ci ildə Yeni Orleanda anadan olub. Dörd qardaşın tək bacısı idi. Yaxşı təhsil almış Delphine, 13 yaşında kral sarayının dövlət xadimlərindən olan Don Ramon ilə evləndi. 1804-cü ildə əri Madridə qayıtmalı idi və o vaxt hamilə olan Delphine onunla birıikdə gedirdi. Lakin Don Ramon Madridə gedərkən Havanada qəfildən öldü. Delphine, ərinin ölümündən bir neçə gün sonra qızını dünyaya gətirdi və Yeni Orleana qayıtdı. İlk ərinin ölümündən dörd il sonra, 1808-ci ildə müxtəlif vaxtlarda bankir, tacir, vəkil və hakim kimi fəaliyyət göstərən Jean Blanque ilə evlənmişdi. Bu evlilikdən dörd övladı var idi. Ancaq əri 1816-cı ildə müəmmalı şəkildə ölmüşdü. Madam Delphine LaLaurie, ikinci ərinin ölümündən sonra yenidən dul qaldı. Bu zaman onun beş uşağı var idi. 1825-ci ildə həkim Leonard Louis Nicolas LaLaurie ilə tanış olub evləndi. Ölümlə sona çatan evlilikləri ona psixoloji olaraq təsir etmişdi. Çox varlı olan Delphine, tez-tez rahatlamaq və stressini dəf etmək üçün evində ziyafətlər təşkil edirdi. Madam Delphine LaLaurie ətrafındakı insanlar tərəfindən sevilən bir qadın idi. Həm də qadında heç bir şiddət əlamətləri özünü biruzə vermirdi.
Lakin bir gün hər şey birdən-birə dəyişdi. 12 yaşlı köləsi onun saçlarını darayarkən incitdi. Qəzəbdən dəli olan Delphine cavan köləsini öldürdü.
Delphine, zadəgan qadın idi və dövlət idarələrində çox tanışları var idi. Buna görə yüngül cəza aldı. Aldığı cəza sadəcə 300 dollar cərimə idi. Öldürdüyü kölə ilk qurbanı idi, ancaq sonuncusu olmadı. Delphine cərrah olan həyat yoldaşının etdiyi əməliyyatları və təcrübələrini seyr etməkdən zövq alırdı. Həm də etdiyi əməliyyatlar və təcrübələr barədə daim ona suallar verirdi. Əlbətdə ki, bu sualları niyə verdiyini uzun illər sonra başa düşmək oldu. Delphine bu sualları verərkən artıq qullarına işgəncə verməyə başlamışdı. O, qəribə təcrübələr aparırdı, qurbanların sümüklərini qırırdı və aclıq çəkdirirdi. Beləliklə, onları heyvanlara bənzətməyə çalışırdı. Qullara nifrət edirdi, hətta onlara yemək verdiyinə görə öz qızını da döymüşdü. 1834-cü ildə LaLaurie malikanəsindəki mətbəxdə yanğın baş vermişdi. Polis və yanğınsöndürənlər oraya çatanda topuqdan sobaya zəncirlənmiş 70 yaşlı aşpazı tapdılar. Lakin ifadəsində o, cəzadan qorxduğundan intihar etmək üçün malikanəni yandırdığını demişdir. Üst mərtəbəyə aparılmış kölələrin isə bir daha geri dönmədiklərini bildirmişdi. Bundan sonra ən üst mərtəbəyə çıxan xilasetmə qrupları ağlayan səslər gələn kilidli bir qapı ilə qarşılaşdı. Yanğınsöndürənlər qapını çətinliklə açdılar. Otağa daxil olduqda gördükləri mənzərəyə inana bilmədilər. İçəridə divara zəncirlənmiş ölü və diri qullar var idi. Otaqdakı qoxu və görüntü cəhənnəmə bənzəyirdi. Ən dəhşətlisi divara zəncirlənmiş qullar deyildi. Onlardan əlavə, bir çoxuna işgəncə verilmiş, əlləri və ayaqları kəsilmiş və sümükləri qırılmış qullar da var idi. Digər tərəfdən, sümükləri qırılan bəzi kölələri Madam Delphine LaLaurie heyvanlara bənzətmişdi. Bəzi cəsədlər xərçəngə, bəziləri itə bənzədilmişdi. Bu otaqda 7-si ölü olmaqla bir çox kölə tapılmışdı. Madam Delphine Lalaurienin sadiq bir qulluqçusu var idi. Qarışıqlıq və alovdan istifadə edən həmin qul onu at arabasının yanına gətirmiş və sağ-salamat maşına mindirmişdi. Camaat əvvəlcə məəttəl qalmışdı. Qəzəbli vətəndaşların çarəsiz şəkildə atları tutub onu maşından çıxarmağa çalışdıqları deyilir. Ancaq faytonçu kütlənin arasından keçib Madam Delphine Lalaurieni qaçırmağı bacarmış, onu Fransaya aparacaq bir yelkənli gəmiyə mindirmişdi. Faytonçu qayıtdıqdan sonra qətiyyətli izdiham arabanı məhv etmiş və atları bıçaqlayaraq öldürməyə başlamışdır.
Qatil Madam Delphine LaLaurie 1849-cu ildə Parisdə vəfat etmişdir. Ölümün dəqiq səbəbi məlum deyil. Ancaq uşaqlarına yazdığı məktublara əsasən ağır xəstəlikdən öldüyü düşünülür.
Aynil