Dünyanın ən təzadlı və qalmaqallı dahi şahmatçısı - Miqrant həyatı yaşayaraq...

Dünyanın ən təzadlı və qalmaqallı dahi şahmatçısı - Miqrant həyatı yaşayaraq...

Dünya tarixinin indiyə qədər ən nəhəng şahmatçılardan biri Bobbi Fişer ötən həftə İslandiyanın paytaxtı Reykyavik şəhərində vəfat edib.



Sfera.az bu dəfə şahmat tarixinin ən güclüsü hesab olunan Bobbi Fişer haqqında yazı təqdim edir.



64 yaşlı Fişer Çikaqoda dünyaya göz açmışdı. Bütün bu illər ərzində o, hər kəsdən uzaq, naməlum şəraitdə yaşamış, Amerika vətəndaşlığından imtina edərək Reykyavikdə məskunlaşmışdı.



Onun ən yaxın dostu Qardar Sverrisson mətbuata verdiyi açıqlamada faktı təsdiqləmiş və ölüm səbəbinin böyrək çatışmazlığı olduğunu qeyd edib.

 

Fişerin çərşənbə günü xəstəxanaya yerləşdirilməzdən əvvəl bir müddət evdə müalicə aldığı deyilirdi.


Fişer tarixdəki ən güclü, eləcə də ən müəmmalı, qalmaqallı kimliyə malik Amerika şahmatçısı idi. Şöhrətin zirvəsinə çatdıqdan sonra şahmatı atan, yoxsullaşdığı deyilən və dostlarını itirən şahmatçı Budapeşt, Yaponiya, Filippin, İsveçrə, ən nəhayət İslandiyada miqrant həyatı yaşyıb.


Fişer 2005-ci ildən Reykyavikə köçmüş, burada yenidən şöhrət əldə etmiş, İslandiya vətəndaşlığı almış və ömrünün son günlərinə qədər ölkədən ayrılmayıb.



Fişer bütün həyatı boyunca, hətta radio vasitəsilə çıxışlarında belə ABŞ və yəhudilərə qarşı sərt tənqidi ifadələr səsləndirirdi. Bununla da o, kütlə arasında radikal imici qazanmışdı.

 


1992-ci ildə əzəli rəqibi Rusiya əsilli qrossmeyster Boris Spasskiyə qarşı 5 milyon dollarlıq revanş oyunu keçirmək üçün uzun müddətli fasiləsinə son verib.

Reykyavikdə keçirilən oyun iki şahmatçının qarşılaşmasının 20-ci ildönümü və xatirə görüşü kimi tarixə keçib.Fişer revanş oyununda asanlıqla qələbə qazanıb


Bu oyunda o, 1992-ci il qarşılaşmasında dünya çempionu olmuş Spasskidən çempion titulunu almağı bacarıb. Bununla da, sovet əsilli oyunçuların 35 ildir heç kimə təslim etmədiyi titulu almağı bacaran ilk və hələ ki yeganə amerikalı olub. Bu həm də bir növ şahmat fiqurları ilə aparılan soyuq müharibə idi.



Bobby Fişer o qədər parlaq və misligörünməmiş qələbə qazanıbki, məşhurluğu dövrün əzəmətli idmaçıları Babe Ruth və Maykl Cordandan geri qalmayıb.



“Məhz Bobbi Fişer təkbaşına dünyaya şahmatın ən yüksək səviyyədə futbol kimi rəqabətli, ölümlə duel kimi həyəcanverici, gözəl sənət əsəri, intellektual tələb olduğunu başa saldı."


Reykyavik oyunu haqqında 1973-cü ildə yazdığı "Şahmatın qrossmeysterləri" kitabında Harold C. Schonberg bunları yazıb.



Həmin dövrdə Fişer Bosniyaya qarşı müharibə apardığı üçün Amerikanın Yuqoslaviyaya qoyduğu sanksiyalara qarşı çıxıb. Spasskini məğlub etdikdən sonra, Fişer fikirlərinə görə Amerikanın qəzəbi və həbs təhlükəsi səbəbilə yenidən ictimaiyyətdən kənar gəzməyə başlayıb.

 


ABŞ-da getdikcə azalan dostları ilə telefonla əlaqəsi saxlayıb, sadəcə onlarla sirlərini bölüşürdü. Bir çox dostları təhlükə riskini gözə alaraq onunla görüşməkdən imtina edir, əlaqələri kəsirdilər.



Bütün bunlar isə Fişeri heç nədən çəkindirmir və incitmirdi. Onun imic və xarakteri bu idi; Bobbi Fişer kütlə arasında “üsyançı”, “qorxmaz”, “şahmat taxtasının barışmaz vəhşisi” kimi adlar qazanmışdı. Onun sayəsində, ABŞ-da ilk dəfə olaraq şahmat məşhurluq tapdı. Çempionat oyunundan sonra o, 250.000 dollarlıq mükafat almışdı ki, bu da şahmat tarixində ən böyük mükafat idi. Müqayisə üçün Spasski dünya çempionu olanda onun mükafatı 1400 dollar idi.



Şöhrətin zirvəsi və apardıqları



Fişerin qələbəsi demokratiyanın kommunizm üzərində simvolik zəfəri kimi qəbul edildi və bununla da yeni çempionu Amerika qəhrəmanına çevirdi. O, prezident Riçard M. Nikson tərəfindən Ağ Evə dəvət edilmiş, televiziyalara müsahibə vermişdi . Kommersiya maraqları da ən üst səviyyəyə çatmışdı. Şahmat dəstlərinin satışı sürətlə artır, insanlar şahmat dərslərinə pul ödəməkdən çəkinmirdi.


Lakin diqqət mərkəzində olmaq, məşhurluq, şan-şöhrət Fişerə görə deyildi və 1973-cü ilin əvvəlindən ömrünün sonuna qədər o hər kəsi heyrətləndirən qəribə tənhalığa çəkildi. O, hətta Las Veqasda titulunu qorumaq üçün Hilton Korporasiyasının 1,4 milyon dollarlıq təklifi də daxil olmaqla, oynamaq üçün ona təklif edilən bütün yüksək mükafat təkliflərini rədd etdi. Filippin diktatoru Ferdinand Markos və İran şahı öz ölkələrində oyuna dəvət etmək üçün daha çox məbləğdə mükafat təklif etmələrinə baxmayaraq Fişer onların da təkliflərini rədd etmişdi.

Eyni zamanda, o 1960-cı illərin əvvəllərində daim getdiyi kilsəyə də artıq getməməyə başlamışdı.


Vaxtını şahmat oyunlarını təkrar oynamağa və nasist ədəbiyyatını oxumağa sərf etdiyi deyilirdi. Həmçinin artıq yoxsulluq içərisində yaşadığı barədə də söz-söhbətlər dolaşırdı. Amma maliyyə durumu tam olaraq heç kimə aydın deyildi.


Şahmat çevrələrində onun geri qayıtmaq üzrə olduğu barədə ara-sıra şaiyələr yayılırdı. Fişer yeni növ şahmat saatı da icad etmişdi. O, hər yerdə kompüterlərin şahmatın sirrini məhv etdiyini söyləyirdi. Fişer tələbkar bir şəxsiyyət idi; bəziləri üçün xarizmatik, bəziləri üçün isə sadəcə qıcıqverici. Özü də hiss edirdi ki, şahmatdakı şücaəti ona hədsiz imtiyazlar verir. O, tərəfdarlarından sədaqət, rəqiblərindən güzəştlər, turnir təşkilatçılarından diqqət və bütövlükdə dünyadan hörmət tələb edirdi.

Aynil


OXŞAR XƏBƏRLƏR