Azərbaycan bu il Avropa bazarına qaz ixracını artıracaq - NAZİR

Azərbaycan bu il Avropa bazarına qaz ixracını 40% , təxminən 11,5 milyard kubmetrə qədər artırmaq niyyətindədir.
Sfera.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov V Rumıniya Beynəlxalq Qaz Konfransında çıxışı zamanı məlumat verib.
“2022-ci ilin sonuna qədər Avropaya qaz ixracı 8,2 milyard kubmetrdən 11,5 milyard kubmetrədək artacaq”.
Nazir əlavə edib ki, bu yolla Cənub Qaz Dəhlizinin tam gücü ilə çalışması mümkün olacaq.
"31 dekabr 2020-ci il tarixində Azərbaycan Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya kommersiya qazının tədarükünə başlayıb. Çatdırılmalar 25 il müddətinə nəzərdə tutulub və illik 10 milyard kubmetrdən çox qaz ixracının Avropa bazarına çıxarılması nəzərdə tutulur.
Avropa ölkələrinin Rusiya qazından imtinası fonunda Avropada enerji böhranı güclənib. Enerji xərcləri, məhsulların maya dəyəri artır, bəzi müəssisələr hasilatı dayandırmaq məcburiyyətində qalıb. Hazırda Avropa ölkələri Rusiya qazına alternativ axtarır".
Eyni zamanda, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Avropada enerji böhranından çıxmaq üçün “Şimal axını 2”ni fəaliyyətə salmaq kifayətdir.
Öz növbəsində Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian qeyd edib ki, ABŞ Avropadakı enerji böhranının gedişatını müşahidə edir. Faydalı və alternativ gəlir yolları barədə düşünür.
Aynil