“Adidas” və “Puma” - Rəqabət yoxsa Nifrət?

“Adidas” və “Puma” - Rəqabət yoxsa Nifrət?

Bilirsinizmi ki, dünyanın iki ən tanınmış markalarından olan “Adidas” və “Puma” yaradıcıları Rudolf və Adolf Dassler qardaş idilər və bir-birlilərinə nifrət edirdilər? Ömürlərinin sonuna qədər də bir-birini dindirməyiblər.


Bəs onların arasındakı rəqabət nəyə görə idi?


İki qardaş arasındakı münasibətlər nəyə görə getdikcə gərginləşib? Bəlkə də bu günə qədər biznes sahəsində, sahibkarlıq fəalliyyətində, qardaş rəqabəti ilə bağlı ən maraqlı hekayə Dassler qardaşlarınındır.



Sfera.az bu yazıda “Puma” və “Adidas”-ın yaranma tarixi, qardaşların ayrılma səbəbləri haqqında maraqlı məlumatlar təqdim edir.



İlk dəfə 1948-ci ildə Almaniyanın Herzogenaurach şəhərində “Puma” marka məhsulları satışa çıxarıldı. Markanın yaradıcısı Rudolf Dassler (Ruda) idi. Bir il sonra, 1949-cu ildə Adolf Dassler tərəfindən “Adidas” markası yarandı. Gələcəkdə sport geyim sənayesində ən məşhur rəqiblərə çevriləcək dünya şöhrətli markaların rəqabəti də elə yarandığı gündən başladı.




Əslində Dassler qardaşları əvvəllər bir-birinə qatı düşmən kəsilən rəqib deyildilər. Hər iki qardaş analarının çamaşırxanasında işlədikləri vaxt idman ayaqqabı markası yaratmaq layihəsi üzərində birlikdə işləyirdilər.


Hətta 1919-cu ildə “Gebrüder Dassler” adlı öz şirkətlərini yaratmağı bacardılar. 1927-ci ilə qədər artıq “Geda” markasının 12 işçisi var idi və qardaşlar çamaşırxana işini buraxmışdılar.



Qardaşlara ən böyük uğuru 1936-cı ildə Berlində keçirilən Olimpiya Oyunları gətirdi. İdman ayaqqabılarının sponsorluğunu etdikləri idmançılar 5 gümüş, 5 bürünc və 7 qızıl medal qazandılar.


Mütəxəssislərin fikrincə müharibə başlamasa, şirkətin gəlirləri fantastik ola bilərdi.



“Geda” müharibə başlamasına rəğmən də yüz minlərlə ayaqqabı istehsal edib sata bildi. Qardaşlardan biri müharibədə iştirak etsə də digəri fabrikdə işləri idarə edirdi.



“Puma” və “Adidas” niyə ayrıldı?


İkinci Dünya Müharibəsinin qızğın vaxtında “Geda” markası dəyişdirildi. Ayaqqabı fabriki silah istehsalı ilə məşğul olan zavoda çevrildi və Rudolf da orduya çağırıldı. Rudolf müharibədən qayıtdıqdan sonra, bir il həbsdə qaldıqdan sonra (1945-ci ildə cəbhədən qaçmışdı) yenidən ayaqqabı istehsalına başladı.


Eyni zamanda bu müddət ərzində Dassler qardaşları arasında fikir ayrılığı yaranmağa başladı.


Bu günə qədər heç kim qardaşlar arasında mübahisənin nədən qaynaqlandığına tam əmin deyil. Ailəyə yaxın insanlar və dostların dediklərinə əsasən bir çox fərziyələr ortaya çıxsa da, heç biri əsaslı fakt deyil.



Bir fərziyəyə görə, Adolf müharibə zamanı qardaşına xəyanət edib, onu “yoldan çıxartmaq” və şirkətdən özü üçün daha çox hissə götürmək idi.



Bəziləri isə deyir ki, Adolf ABŞ işğalçılarına qardaşı haqqında məlumat verib.



Başqa bir fərziyəyə görə isə Adolf qardaşını çox qısqanırdı. Həmin vaxt yayılan şayiəyə görə Rudolfla Adolfun arvadı arasında nəsə baş vermişdi. Rudolf qadın həvəskarı kimi tanınırdı.



Onu da qeyd edək ki, Rudolf müharibənin sonlarına yaxın cəbhədən qaçsa da, əvvəllər Nasist partiyasının aktiv dəstəkçilərindən və tərəfdaşlarından olmuşdur.


Aynil


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kişi gəlinini güllələyərək öldürdü

Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Poladlı kənd sakini 1957 – ci il təvəllü...

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...