Rusiyadan və Avropadan qaçanlar Azərbaycana gələ bilər? – “Təyyarə biletinə xərclədiyi pula…”

Rusiyadan və Avropadan qaçanlar Azərbaycana gələ bilər? – “Təyyarə biletinə xərclədiyi pula…”

Avropada əhaliyə satılan enerji qiymətləri 10 dəfədən çox artıb, buna görə də, imkanı olan şəxslər qışda işıqsız və qazsız qalmamaq üçün Türkiyədəki otellərə üz tutmağa başlayıb. İlkin məlumatlar da göstərir ki, qışda Türkiyəyə turist sayı çox olacaq, artıq noyabr ayı üçün otellərdə nömrələrin rezervasiyaları 50 faiz artıb. Digər tərəfdən Rusiyadakı qismən səfərbərlik qərarından sonra əhalinin bir qismi ölkəni tərk etməyə başlayıb.

 

Maraqlıdır, həm Avropadakı, həm də Rusiyadakı sözügedən şəxslər Azərbaycana da üz tuta bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli deyib ki, hazırda əsasən də soyuq ölkələrdən Türkiyənin cənubuna axın var:

 

“Bu şəxslər enerji daşıyıcılarına əlavə pul verilməsinə ehtiyac olmayan, ancaq ev və ya otel qiymətlərini ödəməklə uzun zaman qalmaq mümkün olan yerlərə üz tuturlar. Amma Azərbaycana bunun birbaşa təsirləri yoxdur və olmayacaq da. Çünki ölkəmizdə Türkiyədəki kimi infrastruktur yoxdur. İkincisi isə quru sərhədlərimiz bağlıdır”.

 

Müsahibimiz qeyd edib ki, həmçinin aviabiletlərin həddindən artıq baha olması da buna təsir edən faktorlar sırasında yer alır:

 

“Yəni hansısa bir xarici vətəndaş Azərbaycana gəlmək üçün təyyarə biletinə xərclədiyi puldan qat-qat ucuz qiymətə Türkiyəyə gedə, yerdə qalan pulla da ən az bir ay orada qala bilər. Bu hesablamaları aparan şəxs Azərbaycana niyə gəlsin? Ona görə ölkəmizin bu bazardan hansısa pay alması mümkün deyil”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR