Azərbaycanda avro bir qədər də UCUZLAŞDI – YENİ MƏZƏNNƏ

İqtisadiyyat
12:43 / 22.09.2022
7949
Dolların bahalaşması dünyada avronun ucuzlaşması ilə müşahidə olunur. Bu proses Azərbaycanda da baş verir.
Sfera.az xəbər verir ki, bu gün Mərkəzi Bankın açıqladığı rəsmi məzənnələrdə avro/manat kursunun 1,671 səviyyəsinə gerilədiyi görünür.
Rəsmi kursun aşağı düşməsi kommersiya banklarında da avronun məzənnə dəyərinin aşağı düşməsinə səbəb olub. Azərbaycanın ən böyük banklarında avronun alış qiyməti 1,62-16,4 səviyyəsinə, satış qiyməti isə 1,704-1,702 həddinə qədər geriləyib.
Avronun bu qədər ucuzlaşması avrozona ölkələrindən idxal edilən malların dəyərinin aşağı düşməsinə səbəb olur.
Vasif,
Sfera.az