Peskovun oğlunu orduya çağırdılar – Cavabı heyrətləndirdi + VİDEO

Peskovun oğlunu orduya çağırdılar – Cavabı heyrətləndirdi + VİDEO

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra iki rusiyalı jurnalist Kremlin sözçüsü Dmitri Peskovun oğlu ilə zarafatlaşıblar.

 

Sfera.az bildirir ki, onlar canlı yayımda hərbi məmur kimi Peskovun oğluna zəng edib və onu orduya yazılmaq üçün çağırıblar.

 

Həmin anlar lentə alınıb və Kremlin sözçüsünün oğlu məsələyə bu cür reaksiya verib:

 

“Mən “cənab Peskovam” və bu məsələni başqa yollarla həll edəcəm”.

 

Sözügedən dialoq isə sosial mediada müzakirə obyektinə çevrilib.

 

Qeyd edək ki, dünən Rusiya lideri Putin qismən səfərbərlik elan etdiyini açıqlayıb. 300 min adamın hərbiyə çağırılacağını açıqlayan Putin, "Qərb ölkəmizi məhv etməyə çalışır. Qərb Rusiya-Ukrayna sülhü istəmir. O vaxt SSRİ-ni parçaladılar, indi növbə Rusiyanındır. Məqsədimiz Donbası azad etməkdir. Biz ərazi bütövlüyümüzü qorumaq üçün hər cür silahdan istifadə edəcəyik. Qərbə cavab vermək üçün çoxlu silahlarımız var. Bu blef deyil", deyə bildirib.

 

Günay Rəsulqızı,

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR