Rusiyadakı etirazlar dalğası Putini devirəcəkmi? - Açıqlama

Rusiyadakı etirazlar dalğası Putini devirəcəkmi? - Açıqlama

Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elanından sonra ölkənin böyük şəhərlərində etirazlar başlayıb. Rusiya Daxili İşlər Nazirliyi ölkədəki sabitliyi təmin etməyə cəlb olunub, bu barədə artıq sosial mediada müvafiq sənədin surəti də paylaşılıb.

 

Baş verənlər fonunda isə Putinin hakimiyyətdən uzaqlaşdırılması məsələsi yenidən gündəm olub.

 

Maraqlıdır, ölkədəki etirazlar Vladimir Putinin sonunu gətirə bilərmi?

 

Sfera.az bildirir ki, bununla bağlı fikirlərini bölüşən politoloq Ərəstun Oruclu deyib ki, hazırda dünyanı nüvə silahı ilə təhdid edən Putinin və onun komandasının daha çox daxili durumdan narahatlığı göz önündədir:

 

“Bu da təbiidir, çünki Rusiya tipli rejimlərin ən qatı düşməni onların onilliklər boyu düşmən kimi davrandığı xalqlarıdır. Amma atılan və atılacaq bütün preventiv addımlara rəğmən Rusiyanın qeyri-sabitlik burulğanına daxil olacağı obyektiv reallıqdır. Bundan qismən qaçmağın yeganə yolu Putinin hakimiyyətdən kənarlaşdırılmasıdır. Bunun da yaxın zamanlarda baş verəcəyi qaçılmazdır, çünki Rusiyanın buna alternativ ola biləcək yolu kimi daxildə sərt rejim tətbiq etmək üçün də resursları tükənməkdədir. Qaldı, Putinin hansı şəkildə yola salınmasına, bu, artıq texniki məsələdir. Rus dövlətinin belə işlərdə azı 300 illik təcrübəsi var”.

 

Ekspert Putinin hakimiyyətdən kənarlaşdırılacağı halda, bunun daxildə və ya Ukrayna cəbhəsində dönüş yarada bilib-bilməyəcəyi məsələsinə də toxunub:

 

“Yüksək ehtimalla dönüş yarada bilməyəcək. Çünki Ukraynanın öz torpaqlarını işğaldan tam azad etməkdə israrlı olması Rusiya ordusunun məğlubiyyətinin davamı, bu da öz növbəsində daxili gərginliyin artması demək olacaq. Putin rejimin çöküşü və hətta onun dekorativ dəyişikliyi belə Rusiyanın postsovet ölkələrdəki, o cümlədən də Azərbaycandakı əlaltılarının da məğlubiyyətinə yol açacaq. Bu da postsovet məkanda yeni ictimai-syasi eranın başlanğıcı üçün şans demək olacaq. Şans isə hələ heç də mütləq baş verəcək reallıq demək deyil”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Çin rabitə peykini kosmosa göndərdi - FOTO

Çin yeni rabitə texnologiyalarını sınaqdan keçirmək üçün nəzərdə tutulmuş test peykini bu gün kosmosa buraxıb. Peyk Pekin vaxtı ilə saat 02:09-da Siçanq Peyk Bu...

Bu universitetlərdə təhsil haqqı ARTACAQ

Azərbaycanda bir sıra özəl universitetlərdə təhsil haqlarının artırılması planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə modern.az-a unive...

Azərbaycanda kişi gəlinini güllələyərək öldürdü

Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Poladlı kənd sakini 1957 – ci il təvəllü...

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...