Rusiyalı idmançılarına SANKSİYA TƏLƏBİ

Rusiyalı idmançılarına SANKSİYA TƏLƏBİ

Beynəlxalq Cüdo Federasiyası rusiyalı idmançıları 2023-cü ilin yanvarına qədər beynəlxalq yarışlardan kənarlaşdırmaq haqqında qərar verib.



Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsi mövcud beynəlxalq şəraiti nəzərə alaraq və idmançıların müdafiəsini təmin etmək məqsədilə 2023-cü ilin yanvar ayına qədər Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara buraxılmaması barədə qərar qəbul edib.



Mart ayında IJF və Avropa Cüdo İttifaqının (EJU) təşkilatçılığı ilə keçirilən turnirlərdə Rusiya cüdo komandasının iştirakını dayandırdığı barədə məlumat yayılmışdı.



Qeyd olunub ki, hazırkı şəraitdə milli komandanın beynəlxalq yarışların keçirildiyi əksər ölkələrdə iştirakı, viza məsələləri də xeyli çətinləşir. Üstəlik, Rusiya Cüdo Federasiyasının idmançıların təhlükəsizliyinə təminatın olmaması barədə narahtlıqlarına əsaslar var.



Xatırladaq ki, Rusiya Donbassda əməliyyatlara başladıqdan sonra BOK beynəlxalq idman federasiyalarına Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakını qadağan etməyə çağırıb.


Aynil


OXŞAR XƏBƏRLƏR

Bu universitetlərdə təhsil haqqı ARTACAQ

Azərbaycanda bir sıra özəl universitetlərdə təhsil haqlarının artırılması planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə modern.az-a unive...

Azərbaycanda kişi gəlinini güllələyərək öldürdü

Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Poladlı kənd sakini 1957 – ci il təvəllü...

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...