Rusiya vətəndaşları çıxılmaz vəziyyətdə: Əgər onların müharibəyə getdiyi təsdiqlənsə...

Rusiya vətəndaşları çıxılmaz vəziyyətdə: Əgər onların müharibəyə getdiyi təsdiqlənsə...

Estoniya Daxili İşlər Nazirliyi açıq şəkildə bildirib ki, əgər yerli vətəndaşlar səfərbərlik haqqında qərara uyğun olaraq Ukraynada müharibəyə getmək istəsələr, geri buraxılmayacaqlar.

Sfera.az Postimees-ə istinadən xəbər verir ki, bu barədə Estoniya Daxili İşlər Nazirliyinin vitse-kansleri Veiko Kommusaar bildirib.


Onun sözlərinə görə, yerli Rusiya vətəndaşları cəbhəyə getmək istəsələr, Estoniya onlara mane olmayacaq.


"Estoniya Rusiya Federasiyası vətəndaşlarının ölkədən çıxışına məhdudiyyət qoymayıb. Əgər onların müharibəyə getdiyi təsdiqlənsə, onların Estoniyaya qayıtması mümkün olmayacaq" - Kommusaar bildirib.

Səfərbərlik vəziyyəti Finlandiyada da narahatlıq doğurur.


Finlandiyada minlərlə Rusiya vətəndaşı, eləcə də Finlandiya və Rusiya ikili vətəndaşlığı olan şəxslər yaşayır. Rusiya ikili vətəndaşlığı tanımır, yəni ikinci vətəndaşlıq almış insanlar Rusiya qanunlarına görə hələ də Rusiya vətəndaşıdır.


"Rusiya hesab edir ki, bu insanlar üzərində hüquqlara malikdir. Bunun üçün də narahatlığa əsas var"- parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Jussi Halla-aho bildirib.


Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib ki, qismən səfərbərlik elan edilməsi Rusiya tərəfindən fevral ayından bəri ən qəti addım hesab olunur.


O, həmçinin hesab edir ki, Estoniya artıq Rusiya vətəndaşlarının ölkəyə giriş qadağası tətbiq etdiyi üçün səfərbərlik gündəmi ilə əlaqədar Estoniyaya qaçanlar üçün istisnalar tətbiq etməlidir.


Bundan əlavə, Latviya hökuməti elan edilən səfərbərlikdən yayınmaq üçün ölkəni tərk etmək istəyən ruslara viza verməyəcək.
 

Aynil


OXŞAR XƏBƏRLƏR