İran parlamentinin növbədənkənar iclası çağırıldı – Sərhəd müzakirəsi

İran parlamentinin növbədənkənar iclası çağırıldı – Sərhəd müzakirəsi

“Bu gün İran parlamentinin növbədənkənar iclası keçiriləcək. İclasın gündəmi ölkənin bütün şəhərlərinə yayılan hicab etirazları yox, Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalardır”.

 

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O qeyd edib ki, İranı proseslərin mümkün inkişafı narahat edir və istisna deyil ki, parlamentin müzakirəsində təkcə baş verənlər müzakirə edilməyəcək, eyni zamanda, Tehranın atacağı addımlarla bağlı hərbi-siyasi rəhbərliyə hesabatlar da hazırlana bilər:

 

“Tehranın İrəvana hərbi yardım verməsi hər zaman aktual olub, lakin bir neçə məqam bu ssenarini zəiflədir. Birincisi, İran və Ermənistan arasında hərbi yardıma zəmin yaradan heç bir anlaşma yoxdur.  İranın hərbi yardımı üçün Ermənistan rəsmi müraciət etməlidir, lakin KTMT-yə üzvlük İrəvanın bu imkanını zəiflədir. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılmasında da maraqlı olan Rusiya İranın Ermənistana praktiki girişinə imkan verməz. İran bu prosesdə daha çox Azərbaycanı dayandırmaq istiqamətində addımlar ata bilər. Bakıya qarşı bəyanatlar və hədələrlə çıxış edə, həm dini, həm “sionizm” iddiası üzərindən təbliğatı genişləndirə bilər ki, bu, həm də mövqeyini bəlli etməsi məqsədi daşıyır. O cümlədən İranın regionda “terrorçuların mövcudluğu” iddiasını yenidən aktuallaşdırması mümkündür. O, öz ərazisində hansısa “terror aktı” kimi ssenarilərlə “arqument” əldə etməyə çalışa bilər”.

 

Ekspert qeyd edib ki, İran həmçinin  sərhədə təlim adı ilə qoşun toplaya və bunun üçün “terror ssenarisi” ilə əldə edilən “arqument”dən yararlana bilər:

 

“Bölgədə vəziyyətin gərginləşməsi - “sionizm” iddiası, xarici təhdid, “terror təhlükəsi” üzərindən kampaniyanın yenilənməsi və ordunun kazarmalardan çıxarılması İrana diqqəti hazırda baş verən daxili etirazlardan yayındırmaq üçün də sərfəlidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...