Finlandiyadan ruslara viza qadağası - Təklif irəli sürüldü

Finlandiya Avropa Komissiyasına bütün Şengen ölkələrinin Rusiya vətəndaşlarına viza verilməsinin ləğvi və etibarsız sayılması barədə təklif irəli sürüb.
Sfera.az yerli mətbuata istinadən xəbər verir ki, rusların bu ölkələrə girişinə məhdudiyyətlər tətbiq etməsi üçün məktub göndərilib. Bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Finlandiyanın xarici işlər naziri Aİ-nin Rusiya vətəndaşlarına turist vizalarının tamamilə qadağan edilməsini mümkün hesab edir.
Belə ki, girişi qadağan edilmiş Rusiya vətəndaşı haqqında məlumat Şengen informasiya sisteminə daxil ediləcək və nəticədə digər Üzv Dövlətlər də bu şəxsin Şengen zonasına daxil olmasının qarşısını ala biləcəklər.
"Sentyabrın 19-da xarici işlər nazirlərinin görüşündə Finlandiya Aİ birliyini gücləndirmək üçün turist vizası məsələlərini Avropa İttifaqının sanksiyalarına daxil etməyi təklif edib. Finlandiya hesab edir ki, viza ilə bağlı Aİ-nin mövqeyinə təsir etmək üçün tədbirlərin görülməsi vacibdir.
Xatırladaq ki, bir sıra ölkələr, o cümlədən Macarıstan buna qarşı çıxdığı üçün Aİ hələ rusların turist səfərlərinə ümumi qadağa tətbiq etməyib.
Lakin sentyabrın 12-də Aİ Şurasının Rusiya Federasiyası ilə viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılması haqqında qərar qüvvəyə minib. Bununla da, Rusiya vətəndaşlarının Aİ ölkələrinə vizaların alınması prosesi xeyli mürəkkəbləşib.
Bundan başqa, sentyabrın 19-da Şengen vizası ilə Rusiya vətəndaşlarının Estoniya, Latviya, Litva və Polşaya girişinə qadağa qoyulması haqqında razılığa gəlinib.
Aynil