Naməlum silahlı hücüm: Rusiya bayrağı və helikopter tələb olundu

Bu gün 20 sentyabr yerli vaxtla saat 11:00-da Gürcüstanın Kutaisi şəhərində naməlum silahlı şəxs “Bank of Georgia”nın Rustaveli prospektində yerləşən filialını ələ keçirib. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 2-si işçi və 10-u müştəri olmaqla 12 nəfəri girov götürən şəxs bu saatlara qədər bir sıra şərtlər irəli sürüb.
Sfera.azın yerli mətbuatdan əldə etdiyi məlumata görə, o, indiyə qədər tələb etdiyi 2 milyon dollardan əlavə, Rusiya bayrağı, helikopter və ratsiya istəyib.
Bildirilir ki, girovluqdan azad edilmiş iki qadın cinayətkarın bankın giriş qapısını minaladığını iddia edir.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, bankda 10 girov var.
Hadisə yerinə xüsusi təyinatlılar, təcili tibbi yardım briqadaları və yanğınsöndürən maşınlar səfərbər edilib.
Hücum edən şəxsin hərbi formada, üzünü maska ilə gizlətdiyi və bədənində partlayıcıların quraşdırıldığı məlum olub.
Qərətçi polis hücuma keçəcəyi təqdirdə, girişdə quraşdırılmış partlayıcı qurğuların işə düşəcəyini bildirib.
Xatırladaq ki, cinayətkarın irəli sürdüyü tələblərin yerinə yetirilməsi üçün verdiyi müddət artıq bitib.
Aynil