Ərdoğan bu gün Putinlə görüşəcək – Gündəlikdə nələr var?

Ərdoğan bu gün Putinlə görüşəcək – Gündəlikdə nələr var?

Bu gün Özbəkistanın Səmərqənd şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş olacaq.  Məlumata görə, liderlər Ukrayna, Cənubi Qafqaz, Suriyadakı durumu müzakirə edəcəklər.

 

Dövlət başçılarının Ukraynadakı durumla bağlı Soçidə əldə olunmuş razılıqlar barədə fikir mübadiləsi aparacaqları bildirilib. Rusiyadan taxıl daşınması barədə danışılması da gözlənilir.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, prezidentlərin Ermənistan-Azərbaycan sərhədində son günlər yaşanan gərginliyi də  müzakirə edəcəkləri şübhəsizdir:

 

“Yəqin ki, Ərdoğan Azərbaycanın Türkiyənin "qırmızı xətti" olduğunu həmkarına xatırladacaq. Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin imzalanması barədə fikir mübadiləsi də aparıla bilər. Doğrudur, Kreml Cənubi Qafqazdakı konfliktin dondurulmasında və ehtimal edilən müqavilənin öz moderatorluğu ilə imzalanmasında maraqlıdır. Amma Moskva Ankaranın maraqlarını nəzərə almağa məcburdur”.

 

Müsahibimiz bildirib ki,  Ərdoğanın görüşdən sonra ukraynalı həmkarı Vladimir Zelenski ilə danışacağı istisna deyil: “Görüş nəticəsində Rusiyadan taxıl daşınması barədə razılıq əldə olunması mümkündür.  Beləliklə, görüşün məhsuldar keçəcəyinə və mövcud reallıqlara konstruktiv təsir edəcəyinə inanmaq olar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...