Azərbaycanda dollara olan tələb zəifləyib - SƏBƏB

İqtisadiyyat
16:17 / 15.09.2022
18645
2022-ci ilin 6 ayı ərzində cari əməliyyatlar balansında 10,3 milyard dollar profisit yaranıb.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu dövrdə kapital və maliyyənin hərəkəti hesabında isə 5,3 milyard dollar kəsir olub.
Cari əməliyyatlar balansında yaranan böyük profisit hesabına tədiyə balansında 4,6 milyard dollar vəsait artıqlığı yaranıb.
Cari əməliyyatlar balansında müsbət fərqin böyük olmasının səbəbi xam neftin və təbii qazın bahalaşması, həmçinin qeyri-neft ixracının artmasıdır.
Bu dövrdə xam neftin orta qiyməti 101 dollar, qeyri-neft ixracı isə 1,4 milyard dollar olub.
Qeyd edək ki, cari əməliyyatlar balansında böyük profisitin olması dollara tələbi zəiflədir.
Vasif,
Sfera.az