Ərdoğanla Putin sabah görüşəcək: Nələr müzakirə olunacaq?

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan sabah Putinlə görüşəcək.
Sfera.az bildirir ki, bu barədə Kremlin sözçüsü Peskov məlumat verib.
Rusiyanın vitse-prezidenti Yuri Uşakov görüşdə müzakirə ediləcək mövzulardan danışıb:
“Ərdoğan və Putinin görüşündə bir çox məsələlər müzakirə olunacaq. Onlardan biri də taxıl sazişinin imzalanmasında Türkiyənin müsbət rol oynamasıdır. İclasda iyulun 5-də Soçidə əldə olunmuş razılaşmaların nəticələri də müzakirə olunacaq”.
İki liderin görüşü Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Zirvə Toplantısı çərçivəsində olacaq.
Qeyd edək ki, ŞƏT 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndələrinin Çinin Şanxay şəhərində görüşərək “Sərhəd rayonlarında hərbi etimadın dərinləşdirilməsi” haqqında saziş imzaladığı zaman yaradılıb.
Türkan,
Sfera.az