Azyaşlılara təcavüz edən məşhur müğənni məhkəmə qarşısında 30 il həbs... + FOTO

Azyaşlılara təcavüz edən məşhur müğənni məhkəmə qarşısında – 30 il həbs... + FOTO

ABŞ müğənnisi R.Kelli uşaqlara qarşı cinsi istismarda günahlandırılıb.

 

Sfera.az bildirir ki, o, mühakimə olunduğu federal məhkəmədə təqsirli bilinib.

 

55 yaşlı müğənni 13 ittihamdan 6-sı üzrə mühakimə olunub. Kelli 2008-ci ildə analoji ittihamlarla açılan işdə rüşvət və şahidləri hədələmək ittihamlarından bəraət alıb. Əsl adı Robert Sylvester Kelly olan müğənni həmçinin uşaq pornoqrafiyası hazırlamaqda və almaqda, 18 yaşından kiçik uşaqları cinsi fəaliyyətə təhrik etməkdə təqsirli bilinib.

 

Qeyd olunub ki, 2008-ci ildə müğənniyə qarşı açılan işin mərkəzində Kellinin 14 yaşlı qıza təcavüz etməsinin 30 dəqiqəlik videosu dayanıb. Lakin Ceyn adlı qadın 14 il əvvəl ifadə verməkdən imtina etdiyi üçün ittihamlar götürülüb. 37 yaşlı Ceyn bu gün Çikaqoda keçirilən məhkəmə prosesində ifadə verib və videoda onun özünün olduğunu deyib. İddia ərizəsində daha dörd qadın gənc yaşlarında Kelli tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər. Məhkəmədə ümumilikdə 30 şahid ifadə verib. Qremmi mükafatlı ifaçının doğulduğu Çikaqoda məhkəmə 4 həftə davam edib.

 

Qeyd edək ki, Kelli keçən il Nyu Yorkda keçirilən başqa bir məhkəmə prosesində seks alveri və reketlik ittihamı ilə 30 il həbs cəzasına məhkum edilmişdi. Çikaqo məhkəməsinin nəticəsinin Kellinin mövcud həbs cəzasını artıracağı gözlənilir. 

 

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...