Qərb bu ölkəyə görə Türkiyəyə təzyiqi ARTIRACAQ - Avropa Birliyi niyə narahatdır?

Qərb bu ölkəyə görə Türkiyəyə təzyiqi ARTIRACAQ - Avropa Birliyi niyə narahatdır?

Avropa Birliyi və ABŞ Rusiyanın sanksiyalardan yayınmaması üçün Türkiyəyə təzyiqləri artırmağı düşünür. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda Britaniyanın “Financial Times” qəzeti yazıb. 


Qəzetin xəbərinə görə, ABŞ və Avropa Birliyi Rusiyanın sanksiyaları pozmaq üçün Türkiyədən istifadə edəcəyindən narahat olduqlarından bu addımı atmaq istəyir.


“Financial Times” qəzetində dərc olunan və Qərb ölkələrindən iki rəsmiyə əsaslanan xəbərə görə, ABŞ və Avropa Birliyi Türkiyədə bank sektorunun qeyri-qanuni maliyyə əməliyyatları aparacağından, Rusiya üçün bir kanal açılacağından narahatdır. 


Xəbərə əsasən, Qərb rəsmiləri ABŞ-ın Rusiyanın “Mir” adlı yerli ödəmə sisteminə daxil olan türk banklarına diqqət yetirir, rəsmi Brüsselin isə narahatlıqlarını birbaşa Türkiyə rəsmilərinə çatdırmaq üçün bir heyət formalaşdırdığını bildirib.


Türkiyənin ən böyük banklarından olan “Vakıfbank”, “Ziraat Bank”, “İş Bankı”, “Denizbank” və “Halkbank” “Mir” sisteminə daxil olan banklar sırasındadır.


“Mir” Rusiya Mərkəzi Bankı tərəfindən “Visa” və “Mastercard”a alternativ olaraq hazırlanıb.


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...