İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv oldu

İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv oldu

İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv olub.

 

Sfera.az bildirir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan məlumat verib.

 

O, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Zhang Minqlə tamhüquqlu üzvlük üçün anlaşma memorandumu imzalandığını açıqlayıb. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əlaqələrin yeni mərhələyə keçdiyini qeyd edən Əmir Abdullahiyan, "Energetikadan tutmuş iqtisadiyyata və ticarətə qədər bir çox sahədə əməkdaşlığın inkişafı üçün mühüm inkişaf baş verib. Biz indi əməkdaşlığın yeni mərhələsindəyik", deyə sosial media hesabında qeyd edib.

 

Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan nümayəndələrinin Şanxay şəhərində bir araya gələrək “Sərhəd Bölgələrində Hərbi Etimadın Dərinləşdirilməsi” haqqında sazişin imzalanması ilə yaradılıb. Özbəkistan, Pakistan və Hindistanın iştirakı ilə tamhüquqlu üzvlərin sayı 8-ə yüksəlib. 2005-ci ildə ŞƏT-ə müşahidəçi üzv kimi daxil olan İranın tamhüquqlu üzvlük prosesinə 2021-ci ilin sentyabrında start verilib.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR