Türkiyə şirkətlərinin xarici borcu AÇIQLANDI

İqtisadiyyat
12:15 / 15.09.2022
12697
2021-ci ilin sonu ilə müqayisədə Türkiyədə özəl sektorun xaricdən aldığı kreditlər üzrə ümumi borcu 7 milyard dollar azalaraq 162 milyard dollar olub.
Sfera.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankının məlumatına görə, özəl sektorun xaricdən uzunmüddətli kredit borcu 7,1 milyard dollar azalaraq 154,5 milyard dollar təşkil edib.
Qısamüddətli kredit borcu isə 85 milyon dollar artaraq 7,6 milyard dollar təşkil edib.
Özəl sektor son bir ildə xarici borcun ödənilməsinə 44,2 milyard dollar xərcləyib.
Vasif,
Sfera.az