Azərbaycanın ixracatında bu məhsulların miqdarı AZALIB - STATİSTİKA

İqtisadiyyat
12:00 / 15.09.2022
11636
Azərbaycanın əsas ixrac məhsullarından olan tərəvəz satışı bu il azalıb.
Sfera.az xəbər verir ki, ötən ilin yanvar-avqust ayları ərzində 234,7 min ton tərəvəz ixrac edildiyi halda, bu ilin eyni dövründə 210 ton tərəvəz satılıb. İxracın miqdarında 24,7 min ton və ya 10,5 faiz azalma baş verib.
Ölkəmizdən ixrac edilən əsas tərəvəz məhsulu pomidor və kartofdur. Bu il hər iki məhsulun satış miqdarında azalma qeydə alınıb. Pomidor ixracı 128,2 min tondan 112,3 min tona, kartof ixracı 91,8 min tondan 78,2 min tona düşüb.
İxrac miqdarının azalması ilə yanaşı tərəvəz satışından əldə olunan gəlir də azalıb. Ötən ilin 8 ayında satışdan 182,7 milyon dollar gəlir əldə edildiyi halda, bu il 180,5 milyon dollar əldə edilib.
Vasif,
Sfera.az