Azərbaycanda taxıl istehsalı 190 min ton azaldı

Bu il Azərbaycanda bəzi kənd təsərrüfatı məhsullarının istehsalında nəzərəçarpacaq azalma var.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, əsas azalma taxıldadır. 2022-ci il sentyabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla sahələrdən 2,938 milyon ton məhsul istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə taxıl istehsalında 6 faiz, yəni 190 min tondan çox azalma baş verib.
Taxıldan başqa yaşıl çay yarpağı istehsalı 21,5 faiz azalaraq 761 tona, şəkər çuğunduru istehsalı 86,8 faiz azalaraq 6,9 min tona (ötən il istehsal 52,4 min ton olmuşdu), tütün istehsalı isə 32,3 faiz azalaraq 2,7 min tona düşüb.
Heyvandarlıq məhsullarından isə barama istehsalı kəskin azalıb. Bu məhsulun istehsalı 30,5 faiz azalaraq 341,4 ton olub.
Vasif,
Sfera.az