Ekspert: “İnformasiya savaşında uduzuruq, paylaşımları üç dildə edək...”

Cəmiyyət
15:38 / 14.09.2022
18657
“İnformasiya müharibəsində geriləməmiz var”.
Sfera.az bildirir ki, bunu texno-bloqqer Fərid Pərdəşünas deyib. Onun sözlərinə görə, bununla bağlı bəzi qaydalara əməl edilməlidir:
“Dövlət rəsmiləri, millət vəkilləri, diplomatlar, xaricdə olan səfirlik əməkdaşları, diaspor nümayəndələri paylaşımlarını və fikirlərini 3 dildə yayımlamalıdır. Xaricdə yaşayan, təhsil alan azərbaycanlılar aktiv şəkildə öz əhatəsində məlumat yayımı etməlidir. Bu, hazırda ən effektiv təsir vasitəsidir. Düşmən tərəfin mövqeyini dəstəkləyən xarici diplomatların səhifələrində aktiv və məntiqli şəkildə cavablar verilməlidir. Söyüş, nifrət nitqi, müharibə çağırışları etmək olmaz”.
Günay Rəsulqızı