ABŞ büdcə kəsiri problemindən xilas ola bilmir – Nazirliyin HESABATI

ABŞ federal hökumətinin büdcə kəsiri avqustda 220 milyard dollara yüksəlib. Bu məbləğ ötən ilin eyni ayı ilə müqayisədə 29 faiz çoxdur.
Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi avqust ayı üçün büdcə balansı hesabatını açıqlayıb.
ABŞ-da maliyyə ili oktyabrda başlayır növbəti ilin sentyabrın sonunda bitir. 2022-ci maliyyə ilinin avqust ayında federal hökumətin büdcə kəsiri 220 milyard dollar olaraq hesablanıb. Federal hökumət keçən ilin eyni ayında 171 milyard dollarlıq büdcə kəsiri ilə üzləşmişdi.
Bu ilin avqustunda hökumətin gəlirləri əvvəlki ilin eyni ayına görə, 13 faiz artaraq 304 milyard dollara, xərcləri isə 19 faiz artaraq 523 milyard dollara yüksəlib.
2022-ci maliyyə ilinin on bir ayında isə büdcə kəsiri 946 milyard dollara çatıb.
Sözügedən kəsir ötən ilin eyni dövründə 2,7 trilyon dollar səviyyəsində olub. Cari maliyyə ilinin on bir ayında ümumi büdcə kəsiri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz azalıb.
Maliyyə ilinin on bir ayında xərclər keçən ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalaraq 5,4 trilyon dollara, gəlirlər isə təxminən 23 faiz artaraq 4,4 trilyon dollara çatıb.
Vasif,
Sfera.az