“Putin uğursuz olacaq, ukraynalılar qalib gələcək” -  Ursula von der Leyen

“Putin uğursuz olacaq, ukraynalılar qalib gələcək” -  Ursula von der Leyen

“Rusiyaya qarşı sanksiyalar qalıcıdır”.

 

Sfera.az bildirir ki, bunu Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyen deyib. O, çıxışı zamanı fikirlərini bu cür ifadə  edib:

 

“İçində olduğumuz dövr qətiyyət dövrüdür. Bu, gələcəyimizə yönəlmiş savaşdır, avtokratiyaya qarşı demokratiya uğrunda mübarizədir. Putin uğursuz olacaq, ukraynalılar qalib gələcək. Cəsarətin bu gün bir adı var - o da Ukraynadır”.

 

Bu gün Ukraynanın paytaxtı Kiyevə gedəcəyini açıqlayan Leyen, həmçinin elektrik enerjisi bazarında hərtərəfli islahat üzərində çalışacaqlarını da vurğulayıb:

 

“Müharibədən istifadə edərək fövqəladə qazanc əldə etmək yanlışdır, bu qazanc ehtiyacı olanlara yönəldilməlidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR