Hansı hallarda matəm elan olunur? – Hüquqşünasdan açıqlama

Hansı hallarda matəm elan olunur? – Hüquqşünasdan açıqlama

Ötən gün Ermənistanın təxribatı 50  hərbiçimizin şəhid olması ilə nəticələnib. Ordumuzun üzləşdiyi bu faciə ölkədə matəm elan olunması tələbini gündəmə gətirib. Sosial şəbəkələrdə bir çoxları şəhid olan əsgərlərin ruhuna ehtiram olaraq Azərbaycanda bir neçə günlük matəm elan olunmasını tələb edirlər.

 

Hansı hallarda ölkə ərazisində matəm elan oluna bilər? Bu məsələ qanunvericiliklə tənzimlənirmi?

 

Bununla bağlı Sfera.az-a danışan vəkil Turan Abdullazadə deyib ki, qanunvericilikdə ölkədə matəm olunması halları, bunun detalları ilə bağlı xüsusi müddəalar demək olar ki, yoxdur:

 

“Baş vermiş hər hansı faciə, insan itkisi ilə əlaqədar matəm elan etmək qərarı bir qayda olaraq ölkə prezidenti tərəfindən verilir. Qanunvericilikdə buna aid maddə olmadığından matəm elan olunmasının hüquqi prosedurları da bəlli deyil. Hansı hadisə, nə qədər sayda insan itkisinə görə matəm elan etmək lazım olduğu qeyd olunmur. Lakin ümumi dövlətlərin tarixinə nəzər salsaq, adətən vətən uğrunda döyüşən, şəhid verən ölkələrdə matəm elan olunmur”.

 

Müsahibimiz qeyd edib ki, terror aktı zamanı, kataklizmlərin (vulkan, daşqın, fəlakət) baş verdiyi, dinc əhalinin kütləvi şəkildə ölümü, insan tələfatı ilə nəticələnən, eyni zamanda bu və ya digər ölkənin əhalisinə qarşı kütləvi şəkildə genosidə yol verilən hallarda  matəmin olması mümkündür:

 

“Məsələn, 28 fevral 1992-ci ildə Xocalı şəhərinə təcavüz nəticəsində bir çox qurbanlarla, dinc əhalinin və şəhər müdafiəçilərinin həlak olması ilə əlaqədar fevralın 29-dan respublikada üç günlük matəm elan edilmişdi. Dövlətlərin əqidəsi ondan ibarətdir ki, torpaqların azad olunması uğrunda vuruşaraq həlak olub şəhidlik zirvəsinə ucalan qəhrəmanlar heç vaxt matəm göz yaşları ilə yola salınmamalıdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Bu ayda Günəşdə ilk güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar...

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...