“Özünə ən böyük zərbəni Rusiya vurdu…” – Satılmayan qazı havaya buraxmaq və…

“Özünə ən böyük zərbəni Rusiya vurdu…” – Satılmayan qazı havaya buraxmaq və…

“Rusiya  Avropaya qaz ixracını saxlamaqla özünə daha çox zərbə vurmuş oldu”.

Bunu Sfera.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. O qeyd edib ki, qaz ən təhlükəsiz və ən davamlı valyuta mənbəyi idi və hər yerdən əli üzülən Rusiya əsas valyutanı bu qaynaqdan alırdı:

 

“İş orasındadır ki, indi Rusiya təkcə pul yox, həm də qaz itirəcək. Çünki qaz yataqlarını su krantı kimi bağlamaq olmur. Qaz çıxan bəzi quyuların bağlanılması ümumiyyətlə mümkün deyil.  Bəzilərini isə bağlamaq çox təhlükəlidir, böyük faciələr baş verə bilər. Bəzi aztəzyiqli quyuları isə  birtəhər bağlamaq olsa da, sonradan bu quyuları işə salmaq üçün küllü miqdarda vəsait tələb olunur. Buna görə də, Rusiya Avropaya ixrac etdiyi 200 milyard kub metr qazın böyük bir hissəsini indi havaya uçuraraq yandırmaq məcburiyyətində qalacaq”.

 

Ekspertin sözlərinə görə, ən acınacaqlı hallardan biri də  odur ki, Rusiyanın üçdə bir hissəsi qazsızdır: 

 

“Amma yenə qaz havaya uçurulacaq. Ona görə ki, havaya yandırıb uçurduqları qazı Rusiyanın qazsız ərazilərinə vermək üçün heç infrastruktur da mövcud deyil. Görünən odur ki, Rusiyanın bir-birini əvəzləyən yanlış strateji qərarları onu daha da çıxılmaz vəziyyətə salır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...

Azərbaycanda nazir koronavirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.   Sfera.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Tə...

Hər yerdən atəş səsləri eşidilir, tanklar küçələrdədir: Liviyada vətəndaş müharibəsi başlayıb

Liviyanın Misrata şəhəri ilə paytaxt Tripoli arasında vətəndaş müharibəsi başlayıb: paytaxtda güclü atışma səsləri eşidilir, küçələrdə isə hərbi texnika görünüb...

"Anadolu Ankası-2025" təlimləri başladı

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2025" ("...