Paşinyanın çağırışı ilə KTMT təcili TOPLANDI - Neytral zona?

Paşinyanın çağırışı ilə KTMT təcili TOPLANDI - Neytral zona?

"Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Daimi Şurasının təcili iclası keçirilir".

 

Sfera.az xəbər verir ki, bu açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. Paşinyan əlavə edib ki, KTMT-nin Daimi Şurası rəsmi İrəvanın müraciəti əsasında toplanıb.

 

“Beynəlxalq hüquqa əsaslanaraq demək olar ki, neytral zona mütləq yaradılmalıdır. Neytral zonanın hüdudları dövlətlər arasındakı razılaşmalar əsasında müəyyən olunur. Eyni zamanda sədd çəkməni də nəzərə almaq olar”.

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sözügedən toplantısında isə  Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı bəyanat yayıb.

 

Bəyanatda deyilir:

 

"2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistanla Azərbaycan sərhədində ağır silahlar və PUA-ların tətbiqi ilə toqquşma baş verib. Nəticədə ölən və yaralananlar var. Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətlərin nizamlanması üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış razılaşmalardan, müstəsna olaraq siyasi və diplomatik üsullardan istifadə edilməlidir. Bu il sentyabrın 13-də saat 09:00-dan etibarən təmas xəttində atəşkəs əldə edilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk”, - bəyanatda deyilir.

 

Bundan başqa, Ermənistanın yardım üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciəti ilə əlaqədar olaraq, Təşkilatın Katibliyi KTMT-nin Birləşmiş Qərargahı ilə birlikdə yaranmış vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil edilib.


OXŞAR XƏBƏRLƏR