Yaşayış evlərinin tikintisinə xərclənən vəsait AÇIQLANDI

Yaşayış evlərinin tikintisinə xərclənən vəsait AÇIQLANDI

Bu il Azərbaycanda əsas kapitala investisiya qoyuluşunda artım müşahidə edilib. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-avqust aylarında əsas kapitala 9,12 milyard manat məbləğində sərmayə qoyulub. Real göstəricilərlə müqayisədə bu il investisiya qoyuluşunda 6,9 faiz artım var. 


İnvestisiyaların artması qeyri neft-qaz sektoru ilə bağlıdır. Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 13,1 faiz azaldığı halda, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 22,5 faiz artıb. 


İstifadə olunan investisiya vəsaitinin 5,306 milyard manatı və ya 58,2 faizi məhsul istehsalı sahələrinə, 3,3 milyard manatı (36,1 faizi) xidmət sahələrinə, 518,7 milyon manatı (5,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. 


Əsas kapitala yönəldilmiş vəsaitlərin 6,843 milyard manatını və ya 75,1 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilən vəsaitlərin 6,643 milyard manatı və ya 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.


Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 51 faiz, büdcə vəsaitləri 34,5 faiz, əhalinin şəxsi vəsaitləri 7,2 faiz, sair vəsaitlər 4,4 faiz, bank kreditləri isə 2,9 faiz təşkil edib.


Vasif,
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...