Zelenski nə qədər ərazinin işğaldan azad edildiyini AÇIQLADI

Zelenski nə qədər ərazinin işğaldan azad edildiyini AÇIQLADI

Rusiya-Ukrayna savaşında son durum açıqlanıb.

Sfera.az bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski işğal edilmiş torpaqların əks-hücumlarla geri alınmağa başladığını bildirib. O, sentyabrda qoşunların şərq və cənubda Rusiyanın nəzarətində olan 6 min kvadrat kilometrdən çox ərazinin geri alındığını açıqlayıb.

 

Zelenski Zaporojye Atom Elektrik Stansiyası ətrafında baş verənlərdən də söz açıb:

 

“Zaporijya Atom Elektrik Stansiyasında radiasiya terroru var. Rusiyanın təxribatları və zavodun ərazisini bombalaması Ukraynanı və bütün Avropanı radiasiya fəlakətinin astanasına gətirdi. Dünyanın bir çox ölkələri enerji resurslarının, elektrik və istilik enerjisinin qiymətlərinin kəskin artmasından əziyyət çəkir.

 

Rusiya bilərəkdən Avropanın qaz bazarında sabitliyi pozur. Bu, Rusiyanın çox həyasız və tamamilə hesablanmış taktikasıdır. Xoşbəxtlikdən, tərəfdaşlarımız olan Birləşmiş Millətlər Təşkilatı və Türkiyə ilə birlikdə taxıl ixracı təşəbbüsü irəli sürə bildik. Rusiya limanlarımızın blokadasını götürməli oldu. Amma indi yenidən blokada təhlükəsi yaradır”.

 

Rusiya isə Ukraynaya 4 günlük hücumbədəlinin 4 min əsgər itkisi olduğunu açıqlayıb. Digər tərəfdən Rusiya qoşunlarının çıxarılması və Ukrayna ordusunun sürətlə irəliləməsi dünya ictimai rəyini heyrətə salıb. Qeyd olunub ki, bir çox hərbi ekspertlər belə sürətli əlaqə gözləmirdi. ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutundan (ISW) Mason Klark “BBC”yə açıqlamasında bildirib ki,  savaşdakı son vəziyyət rus qoşunlarının “tam məğlubiyyəti” deməkdir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...