“Qafqazda sülhün əldə edilməsinə ümidlər yaranmışdı” – Ermənistanın son təxribatlarındakı məqsəd

“Qafqazda sülhün əldə edilməsinə ümidlər yaranmışdı” – Ermənistanın son təxribatlarındakı məqsəd

Ermənistan silahlı qüvvələrinin bölmələri  Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyır.

 

Azərbaycan bu addımlara necə cavab verməlidir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən deputat Ceyhun Məmmədov deyib ki,  Ermənistan bu kimi əməlləri ilə Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarında həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik yaratmaq məqsədi güdür:

Ceyhun Məmmədov: Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf  yolu keçmişdir - "İki sahil"

“Sərhəddə törədilən təxribatlar Ermənistanın sülh danışıqlarında səmimi olmadığını, prosesi ləngitməyə çalışdığını göstərir.  Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Ermənistanın ən kiçik təxribatının belə qarşısı qətiyyətlə alınacaq. Ermənistan təxribatlara son qoymalı, sülh müqaviləsinin imzalanması, delimitasiya və demarkasiya işlərinin həyata keçirilməsi istiqamətində real addımlar atmalıdır.  Təxribatlar Ermənistan xalqına yalnız faciələr gətirəcək. Sərhəd bölgəsində əhalinin evlərini tərk etməsi, Ermənistan əhalisinin təşviş içində olması bu ölkənin hansı vəziyyətdə olduğunu bir daha göstərir”.

 

Milli Məclisin digər deputatı Bəhruz Məhərrəmov deyib ki, Ermənistanın davamlı hərbi təxribatlarına cavab vermək, harada yerləşməsindən asılı olmayaraq təhlükə doğuran legitim hərbi hədəfləri məhv etməklə sərhədlərinin təhlükəsizliyini təmin etmək Azərbaycanın BMT Nizamnaməsi ilə tanınan suveren hüququdur:

Bəhruz Məhərrəmova töhmət verildi

“Azərbaycan nəyin bahasına olur olsun, Ermənistanın revanş məqsədli təxribatlarına son qoyaraq bölgədə təhlükəsizliyə, davamlı sülh və sabitliyi nail olacaq”.

 

Millət vəkili Vüqar Bayramov isə bildirib ki, sonuncu Brüssel görüşündən sonra baş verənlər bir daha Ermənistanın sülh müqaviləsi bağlamaqdan yayınmağa çalışdığını və İrəvanda revanşist meyillərin daha da gücləndiyni təsdiq edib:

Bakupost.az - "Yaxın zamanda yeni xoş xəbərlər alacağıq" Vüqar  Bayramov

“Avqustun 31-də keçirilən üçtərəfli görüşdə razılaşdırılan məsələlər Qafqazda sülhün əldə edilməsinə ümidlər yaratmışdı. Məhz həmin danışıqlardan sonra Azərbaycan humanizm nümayiş etdirərək 5 erməni hərbiçisini qarşı tərəfə təhvil verdi. Bu, Azərbaycanın regionda sülhün yaranmasında maraqlı olduğunu bir daha nümayiş etdirdi. Təəssüf ki, Azəbaycanın humanist və sülhsevər mövqeyinə baxmayaraq İrəvan yenidən təxribata əl atdı. Bununla da, Ermənistan sülhdə deyil, regionda vəziyyətin gərgin olmasında maraqlı olduğunu nümayiş etdirdi”.

 

Deputat qeyd edib ki, sülh danışıqlarına rəğmən dünən Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlar vəziyyətin gərginləşməsinin əsas səbəbdir:

 

“Azərbaycan ordusu təxribatların qarşısını almaqda davam edərərək atəş nöqtələrini neytrallaşdırılır. İkinci Qarabağ Savaşında məğlub olmuş Ermənistanda baş qaldıran revanşist meyillər əslində rəsmi İrəvanın özü üçün ziyanlıdır. Çünki Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir və bunu hər zaman təsdiq edir”.

 

Günay Rəsulqızı

Medianın İnkişafı Agentliyi yeni ofisə köçüb - AZƏRTAC

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: ictimai və dövlət maraqlarının müdafiəsi


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...