“Bu il dünyada satılan avtomobillərin 15 faizi elektrikli olacaq” - Fatih Birol

“Bu il dünyada satılan avtomobillərin 15 faizi elektrikli olacaq” - Fatih Birol

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol 2022-ci ildə elektriklə işləyən avtomobillərin satış dövriyyəsinin bir qədər də genişlənəcəyini bildirib. 
 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, “Avtomobil Sammiti-2022”-də çıxış edən Birol avtomobil bazarının elektrikləşməsinin neft böhranına ən yaxşı cavab olduğunu söyləyib:

 

“Rusiyanın 24 fevralda Ukraynanı işğalı ilə dünya ilk qlobal enerji böhranına girdi. 70-ci illərdə bizdə neft böhranı var idi, lakin bu dəfə böhran neft, təbii qaz və kömürü də əhatə edir. Bütün dünya bundan təsirlənir. Bunu üç qrupa bölsək, ən çox zərər çəkən ölkələr inkişaf etməkdə olan ölkələrdir və onlar illərlə davam edəcək makroiqtisadi ziyana məruz qalacaq. İkinci qrup isə oyundan bir az daha kənarda qalan ölkələrdir. Üçüncü qrup Avropadır. Avropa Rusiyaya dərin bağlı olduğu üçün böyük tənəzzülə uğramaq riski altındadır. Düşünürəm ki, qış Avropada həm enerji tapmaq, həm də enerji dəyəri baxımından çox çətin olacaq”.

 


Birol bütün dünyada, xüsusilə Avropada yaşıl enerjiyə keçmək üçün mühüm addımlar atıldığını söyləyib: “Rusiyanın Ukraynaya müdaxiləsindən sonra bu vəziyyətdə qismən fasilə yarana bilər. Avropanın bir çox ölkəsi bu qışı kömürlə keçirəcək. Amma məncə, bu müvəqqətidir. Elektrikli avtomobillər böhrana əks-hücum kimi görünür. 2020-ci ildə dünyada satılan avtomobillərin 4%-i, 2021-ci ildə isə 9%-i elektriklə işləyən avtomobillər olub. Düşünürük ki, bu il dünyada satılan avtomobillərin təxminən 15 faizi elektriklə işləyən avtomobillər olacaq. Yaxın 5-6 ildə bu rəqəm 40%-ə yüksələcək. Elektrik avtomobilləri Avropa, Çin və ABŞ-da mövcud böhrana cavab verməkdə mühüm rol oynayacaq”.

 

Vasif
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...