II Dünya Müharibəsindən sonra əsir götürülən ən yüksək rütbəli Rusiya zabiti – İddia təsdiqlənərsə...

II Dünya Müharibəsindən sonra əsir götürülən ən yüksək rütbəli Rusiya zabiti – İddia təsdiqlənərsə...

Ukrayna mətbuatının son iddiası müzakirə obyektinə çevrilib.

Sfera.az bildirir ki, əvvəlcə “Kyiv Post”da, sonra isə digər Ukrayna qəzetlərində yer alan iddiaya görə, rusiyalı general-leytenant Ukraynada təslim olaraq yaxalanıb. Qeyd olunub ki,  bu, 77 ildə görünməmiş hadisədir. Yayılan görüntülərdəki hərbçilərdən birinin rusiyalı general-leytenant Andrey Sychevoi olduğunu iddia edən Ukrayna mətbuatı videodan çəkilmiş fotoları onun uniformalı halı ilə müqayisə edərək iddiasını əyani sübutlarla dəstəkləyib.

 

Lakin iddialar hələlik nə Rusiya, nə də Ukrayna mənbələri tərəfindən rəsmi təsdiqini tapmayıb.

 

Videoda Xarkov şəhəri yaxınlığında gözlənilməz əks-hücum zamanı Ukrayna tərəfindən saxlanılan bir qrup rusiyalı hərbi əsir, o cümlədən orta rütbəli polkovnik-leytenant geyimində olan bir nəfər göstərilib. “Kyiv Post” qeyd edib ki,  general Sychevoi əsir düşməmişdən əvvəl kimliyini gizlətmək üçün tələsik aşağı rütbəli zabit formasını geyinib. Bununla belə, bəzi insanlar videoda göstərilən şəxslə Sychevoi arasında uyğunsuzluqlara diqqət çəkib və bu, onun ələ keçirilməsini şübhə altına alıb.

 

Qeyd edək ki, Ukrayna indiyədək ən azı 12 rus generalını öldürdüyünü iddia edib, onların əksəriyyətinin komanda məntəqələrinə artilleriya və ya raket hücumları nəticəsində həlak olduğu bildirilib. General-leytenant Sychevoinin ələ keçirilməsi ilə bağlı xəbərlər təsdiqlənərsə, o,  II Dünya Müharibəsindən sonra əsir götürülən ən yüksək rütbəli rus zabiti olacaq. Bu da Putin ordusu üçün növbəti alçaldıcı zərbədir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...