Kral III Çarlzın səhhəti ilə bağlı iddia – “Onun barmaqları...”

Kral III Çarlzın səhhəti ilə bağlı iddia – “Onun barmaqları...”

İngiltərənin yeni taxt sahibi Kral III Çarlzın səhhəti ilə bağlı yeni iddialar yayılıb.

 

Sfera.az bildirir ki, 73 yaşlı kralın əllərində, xüsusən də barmaqlarında olan şişlik müzakirə obyektinə çevrilib, bunun xəstəlik əlaməti olduğu irəli sürülüb. Digər tərəfdən, Çarlzın illərdir şişmiş barmaqlardan əziyyət çəkdiyi, hətta monarxın da onları zarafatla "kolbasa barmaqları" adlandırdığı vurğulanıb.

 

Bu barədə professor Qaret Nye Britaniya mətbuatına açıqlama verib. O,  şişkinliyin adətən ayaqlarda və topuqlarda, eləcə də barmaqlarda olduğunu qeyd edib:

 

“Yeni Kral çox güman ki, qocalıqdan və artritdən (oynaqlarda yaranan xəstəliklər) yaranan şişkinlikdən əziyyət çəkir. Bunun arxasında bir çox sağlamlıq problemi də ola bilər. Normal şəraitdə qadınlarda kişilərə nisbətən daha çox şişkinlik müşahidə edilir. Çünki qadın hormonu olan progesteron bu vəziyyətə gətirib çıxarır. Bəzi qadınlarda menstruasiya öncəsi demək olar ki, bütün bədənlərində, o cümlədən topuqlarda şişlik yaranır”.

 

Mütəxəssisin sözlərinə görə, kralın "kolbasa barmaqlarının" başqa bir səbəbi artrit ola bilər:

 

“Artrit 60 yaşdan yuxarı insanların ümumi sağlamlıq problemidir. O, adətən əlin üç əsas sahəsinə - baş barmaq oynağı və ya barmaqlardakı oynaqlara təsir edir. Barmaqlar tez-tez sərtləşir, ağrıyır və şişir. Dərmanlar ağrıya kömək etsə də, şişlik qalır. Barmaqların şişməsinin digər səbəbləri arasında pəhriz və ya yüksək təzyiq üçün qəbul edilən xüsusi dərmanlar ola bilər”.

 

Qeyd olunub ki, Kral III Çarlz da uzun uçuşlardan və ya isti ölkələrə səyahətdən sonra dəfələrlə əlləri və ayaqları şişmiş halda görüntülənib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...