Azərbaycanın qaz ixracı 23 faiz artıb – Ən çox qaz bu ölkələrə satılıb

İqtisadiyyat
11:04 / 12.09.2022
9364
2022-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ixrac etdiyi qazın həcmi 23 faiz artıb.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı Energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində paylaşıb.
Nazir operativ məlumata istinadən qeyd edib ki, ilk 8 ay ərzində ümumilikdə 14,4 milyard kub metr qaz satılıb.
Bu qədər qazın 7,3 milyard kub metri Avropaya, 5,4 milyard kub metri Türkiyəyə, 1,7 milyard kub metri Gürcüstana ixrac olunub.
Vasif,
Sfera.az