Tehrana qoşun toplanır, Xamneyi dünyasını dəyişib? – “Yeni dini rəhbərin kim olacağı...”

Tehrana qoşun toplanır, Xamneyi dünyasını dəyişib? – “Yeni dini rəhbərin kim olacağı...”

“İranda ciddi hərəkətlənmə başlayıb. Ötən gün İsfahan və Təbrizdəki ordu hissələri Tehrana aparılıb”.

Sfera.az bildirir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Onun sözlərinə görə, İranın dini rəhbəri ayətulla Əli Xamneyinin dünyasını dəyişməsi güman edilən versiyalardan biridir:

 

“Hakimiyyət içərisində ciddi qarşıdurma var. Yeni dini rəhbərin kim olacağı barədə bir neçə qrup və maraqlı dövlətlərin mübarizəsi gedir. Güney Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayacaq. Bunu bilən fars hakimiyyəti güneyli liderlərin və fəalların hərəkətlərini, evlərini tam nəzarətə götürüb. Həbslər və terror da gözlənilir”.

 

Partiya sədri həmçinin cənublu soydaşlarımıza da müraciət edib:

 

“Onları birliyə və ayıq-sayıqlığa, vahid mövqe nümayiş etdirməyə çağırıram. Heç bir təxribata uymadan, vahid milli cəbhədə birləşərək addım-addım istiqlalımıza yürüməliyik. Rejimi kimsə qoruya bilməyəcək. Biz Güney Azərbaycanın istiqlalı üçün sistemli, ardıcıl, qətiyyətli mübarizə dönəminə qədəm qoyuruq”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...