Qara nöqtələrən xilas olmağın yolları

Qara nöqtələrən xilas olmağın yolları
 
Sfera.az qara nöqtələrən xilas olmağın yollarını sizə təqdim edir:

Üzunüzdəki qara nöqtələrdən ev şəraitində də azad ola bilərsiniz. Bir çox qadının ortaq problemlərindən biri də qara nöqtələrdir. Xüsusilə yağlı və geniş dəlikli cildlərdə olan qara nöqtələrin əsas səbəbi qidalanma və gün ərzində toplanan kir, yağ hətta makiyajdır. Sızanaq isə qara nöqtənin bir gələcək mərhələsidir. Buna görə sızanağa çevrilmədən əvvəl qara nöqtələrdən xilas olmaq lazımdır. Sizə yardımçı olacaq qara nöqtələrdən xilas olma tövsiyələri:
 
Qara nöqtələrdən xilas olma yolları - qara nöqtələri təmizləmək üçün əvvəlcə dəlikləri açmağımız lazımdır. Bunun üçün ən yaxşı yol buxar vannasıdır. Başınızın üstünə bir çarşab və ya dəsmal örtərək geniş bir örtü qoyduğunuz isti suyun buxarına üzünüzü tutun. 5-10 dəqiqə gözlədikdən sonra qara nöqtələriniz daha asan təmizlənəcək. Qara nöqtələri təmizləmək üçün sıxmaq qətiyyən doğru bir üsul deyil.
 
Evdə edə biləcəyiniz peeling tarifi bir çay qaşığı türk qəhvəsi, bir çay qaşığı şəkər tozu və bir az da balı qarışdıraraq əldə etdiyiniz qarışığı ovxalayaraq üzünüzə sürtün. Yuvarlaq və yumşaq hərəkətlərlə tətbiq edin. Sərt davranmaq və ya yatırmaq dərinizi incidib, qızarmasına yol aça bilər.
 
Türk qəhvəsinin canlandırıcı təsiri, balın isə nəmləndirici effekti dərinizə yaxşı təsir edəndə toz şəkər ölü dəriləri təmizləməyə yarayacaq. Peelingləri həftədə 2 dəfədən çox tətbiq etməmək lazımdır. Peelingdən sonra yenə evdə edə biləcəyiniz bir çox maska tərifi mövcuddur. Məhz onlardan bir neçəsi:
 
İsti bal maskası: 2 yemək qaşığı balı bir az qızdırın və içinə 2 xörək qaşığı buğda toxumu əlavə edərək yaxşıca qarışdırın. Üzünüzə sürtün və lazımi gördüyünüz bölgələri 3-4 dəqiqə boyu yavaşca ovuşdurun. Sonra 15-20 dəqiqə gözləyin və ilıq su ilə yuyun. Yulaf maskası: 1 xörək qaşığı yulaf ununu suda bişirin. Tünd sıyıq halını aldıqdan sonra içinə 1 şirin qaşığı badam unu əlavə edin və bu qarışıqla üzünüzü ovun. 15 dəqiqə gözlədikdən sonra ilıq suyla yuyun.
 
Limonlu maska: Bir qaba 1 yumurta ağı və yarım limon suyu əlavə edərək qarışdırın. Sonra zəif odda qızdırın. Qarışıq bərkiyəndən sonra soyudun və üzünüzə tətbiq edin. 15 dəqiqə gözlədikdən sonra ilıq suyla yuyun. Bu mərhələdən sonra dəlikləri açıq qoymamaq üçün tonikləmək lazımdır. Əlbəttə, yenə evinizdə olan təbii vastələr də var; Yaşıl çay, alma sirkəsi, mineral su və ya gül suyu. Təmizlənən qara nöqtələrin təkrar etməməsi üçün mütləq bir təmizləmə geli ilə səhər-axşam üzünüzü yuyun. Bu təcrübələri həftədə 1 və ya 2 dəfə tətbiq edin. 
 
Siyah Noktadan Kurtulmanın Yolları
 
Siyah Noktadan Kurtulmanın Yolları
 
Siyah Noktadan Kurtulmanın Yolları
Sfera.az //
Aytac Salahova
 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.





OXŞAR XƏBƏRLƏR

Bu əskinaslarda saxta variantlar AŞKARLANDI - RƏSMİ AÇIQLAMA

2024-cü ilin üçüncü rübündə Rusiyada rubl əskinaslarının 2057 saxta variantı aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın...

AFFA 3 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət veri...

Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək

Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır. Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Y...

Avtomobilinizlə suya düşəniz, bunları mütləq edin! - Xilas olmağın yolları

Məlum olduğu kimi, ötən gün paytaxtda fasiləsiz yağan yağışlar vətəndaşlara çətin anlar yaşadıb. Sabunçuda isə tunelə yağış sularının dolması nəticəsində 2 nəfə...

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışdı

“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.   Sfera.az xəbər veri...

“Ezel”in tanınmış aktyoru vəfat etdi - FOTO

Tanınmış türk aktyor Tekin Temel vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun köməkçisi məlumat yayıb.   O bildirib ki, sənətçi 5...