Rus turistlər Avropaya gedə bilməyəcək

Siyasət
17:00 / 09.09.2022
10558
Avropa İttifaqının (Aİ) komissarı Ylva Yohansson bildirib ki, Rusiyadan ittifaqa yalnız jurnalistlərin daxil olmasına icazə veriləcək.
Sfera.az xəbər verir ki, yeni qərara əsasən, Aİ rusiyalı səyahətçilər üçün turist vizalarına ciddi məhdudiyyətlər tətbiq edəcək.
Yohanssonun sözlərinə görə, bundan sonra Avropa ölkələrinə giriş yalnız ailə və ya jurnalistlər üçün mümkün olacaq:
“Aİ-də ruslara etibar etmək üçün heç bir əsas yoxdur. Ruslar Aİ-də turist ola bilməz, bu, imtiyazdır və biz artıq bu imtiyazı ruslara vermək istəmirik”.
Aİ-nin rəsmi press-relizində deyilir ki, sentyabrın 12-dən ruslar üçün viza rüsumu 35 avrodan 80 avroya qədər artacaq.
Vasif,
Sfera.az