Kim Çen In dünyaya meydan oxudu – “100 illik sanksiyalarla üzləşsək də...”

Kim Çen In dünyaya meydan oxudu – “100 illik sanksiyalarla üzləşsək də...”

Şimali Koreya lideri Kim Çen In dünya tərəfindən sıxışdırılmasına və bütün sanksiyalara baxmayaraq, hədələyici mövqeyindən əl çəkmir. Onun son qərarı isə təhdid kimi qiymətləndirilib.

 

Sfera.az bildirir ki, “KCNA” dövlət xəbər agentliyinin məlumatına görə, Şimali Koreya parlamenti ölkənin nüvə statusu barədə yeni qanun qəbul edib. Kim parlamentdəki çıxışında “Nüvə Silahları Siyasətinin qəbul edilməsinin əsas əhəmiyyəti nüvə silahlarımızla bağlı danışıqlara getməmək üçün dönməz bir xətt çəkməkdir”, deyə söyləyib.

 

O, əlavə edib ki, ölkəsi 100 illik sanksiyalarla üzləşsə belə, heç vaxt silahı təslim etməyəcək. Parlament üzvlərindən birinin sözlərinə görə, qanun Şimali Koreyanın nüvə silahına malik dövlət kimi mövqeyini möhkəmləndirmək və onun nüvə siyasətinin “şəffaf, ardıcıl və standart xarakter daşımasını” təmin etmək üçün güclü hüquqi təminat rolunu oynayacaq.

 

Bildirilib ki, 2013-cü ildə qəbul edilmiş qanun Şimali Koreyanın düşmən nüvə dövlətinin işğalını və ya hücumunu dəf etmək və cavab zərbələri endirmək üçün nüvə silahından istifadə edə biləcəyini nəzərdə tuturdu, lakin yeni qanun bundan kənara çıxır. Belə ki, sözügedən qərar ölkənin “strateji hədəflərinə”, o cümlədən ölkə rəhbərliyinə kütləvi qırğın silahları ilə qaçılmaz hücum aşkar edildikdə qabaqlayıcı nüvə zərbələrinə icazə verir. 

 

“KCNA” qeyd edib ki, yeni qanun həmçinin nüvə silahı və ya texnologiyasının digər ölkələrlə paylaşılmasını qadağan edir: “Nüvə silahı olan dövlətlər arasında yanlış hesablamaların və nüvə silahından sui-istifadənin qarşısını almaqla nüvə müharibəsi təhlükəsini azaltmağı hədəfləyir”.

 

Analitiklərin fikrincə, Kim Çen İnin məqsədi Şimali Koreyanın “məsul nüvə dövləti” statusunun beynəlxalq səviyyədə tanınmasını qazanmaqdır.

 

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In bu il silah sınaqlarını rekord sürətə çatdırıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...