Artur Rəsizadənin lətifə danışdığı yeni baş nazir kimdir?

Artur Rəsizadənin lətifə danışdığı yeni baş nazir kimdir?

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıtcan Saqintayevi yeni baş nazir təyin edib. O, bu postda Kərim Məsimovu əvəz edib. K.Məsimov isə Milli Təhlükəsizlik Komitəsinin rəhbəri təyin edilib.

 

Sfera.az xəbər verir ki, Bakıtcan Saqintayev ciddi fiqur hesab olunmur. O, siyasi həyatında maraqlı və məzəli anlarla daha çox yadda qalıb.


Misal üçün, o çinli biznesmenlərdən qorxmamağı və ölkəyə kapital qoymalarına şərait yaratmaq fikrini müdafiə edirdi.

Başqa bir müşavirədə o deyir: "Kimsə həqiqəti açıq deməlidir ki, sonradan ayıb olmasın”.


2014-cü ildə Qazaxıstanın Avrasiya İqtisadi İttifaqına daxil olması fikri isə baş nazir Kərim Məsimov tərəfindən sərt qarşılanıb.

"Əgər biz Avrasiya İqtisadi İttifaqına daxil olmuşuqsa, bu o demək deyil ki, bizi bütün həyatımız ora ilə bağlı olacaq. Hər şey ola bilər”, - deyə B. Saqintayev bildirir. 

Məhz bu fikirlərə görə, o baş nazirin iradı ilə qarşılaşıb.

Başqa bir vaxt o, iclasda söyüş söydüyü üçün baş nazirin sərt reaksiyasına tuş gəlib. Lakin özünü itirmədən üzr istəyib və məruzəsinə davam edib.

B.Saqintayev yumor hissi ilə də tanınıb və tez-tez lətifələr danışır. Bir dəfə Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında o, lətifə danışır və bildirir ki, bu lətifəni Azərbaycanın Baş nazirindən eşidib.

"Bir ölkədə seçkilər keçirilir və cavan namizəd qalib gəlir. Amma bu şəxsin idarəetmədə təcrübəsi yox imiş. O öz məsləhətçilərini çağırır və soruşur: "bizdə neft var?”. Cavab verirlər: "Yoxdur”. "Qaz?” – "Yoxdur?”, "Qızıl?” – "Yoxdur”. "Mis?” – "Yoxdur”. "Meşə?” – "Yoxdur”. Yaxşı onda hamı işləməyə getsin”, - deyə Saqintayev məmurlarını əyləndirir.

B.Saqintayev 13 oktyabr 1963-cü  ildə Cambul oblasklının Talas rayonunun Uçaral kəndində anadan olub. 1985-ci ildə Qazaxıstan Dövlət Universitetini bitirib.

1998-1999-cu illərdə Canbul merinin köməkçisi olub. 2004-2007-ci illərdə inhisarçılığın nizamlanması üzrə agentliyin sədri işləyib. 2007-2008-ci illərdə baş nazir dəftərxanasının rəhbəri işləyib. 2014-cü ilin 7 aprelindən baş nazirin birinci müavini olub. Hazırda ölkənin baş naziridir.
 
 
 
 
Publika.az //
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Elm adamları ABŞ-ni tərk edir - Avropa bu fürsəti dəyərləndirmək istəyir

Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın elmi siyasətləri nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan alimləri qəbul etməyə hazır olduqlarını bildi...

Məhkəmə tiktoker "Xozeyn"lə bağlı QƏRAR VERDİ

Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan "Xozeyn" ləqəbli tiktoker Vüqar Kərimovun həbs müddəti uzadılıb.   ...

Çin Zelenskinin dediklərini təkzib etdi: "Ukrayna məsələsində mövqeyimiz aydındır"

Çin hökuməti Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Rusiyaya silah və barıt tədarük etməsi ilə bağlı səsləndirdiyi iddiaları cümə günü rəsmən təkzib e...

Azərbaycana gələn turistlərin sayı azalıb

Bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz azalaraq 508 min nəfər olub.    Sfera.az ...

İran prezidenti bu tarixdə Azərbaycana gəlir

Aprelin 27-də İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ticarət, Sənaye...

Həmin siyahıda Dilqəm Məhərrəmovla xanımının da adı yoxdur - “Heç gözləmirdik…”

Məlum olduğu kimi, ötən gün Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını a...