Qazaxıstanın yeni baş naziri məlum oldu
19:08 / 09.09.2016
1491
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıtcan Saqintayevi yeni baş nazir təyin edib.
Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda dövlət başçısının mətbuat xidmətindən bildirilib.
Bir gün əvvəl isə Kərim Məsimov baş nazir vəzifəsindən istefaya göndərilib. O, Milli Təhlükəsizlik Komitəsinin rəhbəri təyin edilib.